Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Yeni Həyat qəzeti .(1956-1961)
28 Noyabr , 2016


Fevralın 15-də Stalin adına kolxozun 400 nəfərlik klubu ağzina qədər adamla dolu idi.Kolxozçular və kənd ziyalılari böyük maraqla konsertin başlamasını gözləyirdilər. Bir qədər sonra aşıq Şakir Hacıyev səhnəyə çıxdıqda tamaşaçılar onu alqışlarla qarşıladılar. Həmin gece aşıq Şakir Hacıyev və aşıq Əhməd Rüstəmov  kənd təsərrüfatı zəhmətkeşləri  üçün maraqlı çıxışlar göstərdilər.  Aşıq  Şakir Hacıyevin oxuduğu  “Şirvan şikəstəsi “  və aşıq Əhmədin  isə özü yazdığı və məharətlə  ifa  etdiyi  qoşmalar tamaşaçıların xüsusilə  xoşuna  gəlmişdir. Aşıqların çıxışından yüksək təəssürat  alan  kolxozçuların  xahişi ilə fevralın 16-da yenə də aşıqların konserti  təşkil edilmiş və həmin gün qonşu Hinqar,Kirdə, Kövlüç ,Yenikənd  və Kəndəxan kəndlərindən gəlmiş  çoxlu  kolxozçu  konsertə  tamaşa etmişdilər. Artel  üzvləri aşıqlarin çıxışlarından razı qaldıqlarını bildirmişdilər. 

 (Yeni həyat,21 Fevral 1960-cı il,№15)