Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
28 Noyabr , 2016
Aşıq xalqın sevimlisi, onun qəlbinə, ürəyinə daha yaxın sənətkardı. Aşıq həmişə məclisin “Şahı”olmuş, aşıq mahnıları daim xalq tərəfindən rəğbətlə qarşılanmışdır. Haqqında danışacağım aşığın adını cəkməzdən əvvəl onu tanıdığım ilk günü xatırlamaq istəyirəm.Hələ uşaq idim.Atam məni də özü ilə birlikdə kəndimizdəki toy məclisinə aparmışdı. Aşıq oxuduqca yerlərdən səslər eşidilirdi:

“Oxu, bülbül oxu!”,”Bülbül,filan qoşma -nı!”, “Bülbül, fılan təçnisi!”. Aşığa söylənən alqışların ardı-arası kəsilmirdi. Mən heyrət edirdim. Toyun səhəri kücədə dostlarım aşığın axşam söylədiyi qoşmaları züm-zümə edirdilər. Mən də onlara qoşulmuşdum. Hətta mübahisədə etdik. Mən evə qacıb atamdan soruşdum:

- Ata, dünən Bülbül dayı necə oxuyurdu?

Atam, gülüb dedi:

Böyük hünəri ilə dünya yaradan, - Qızım, onun adı Bülbül deyil, sinəsinə hərarətlə sıxdığı sazı bülbüldür, nəğməli sözlü, ürəyi bülbüldür. Sonra öyrəndim ki, onun adı Şakir,familyası Hacıyevdir. Rayonumuzda, eləcədə respublikamızda tanımış aşıqlardandır. Məlahətli səsi, intəhasız istedadı var. Sözü nəğmədir, sazı cəh-cəhdi, ona görə adına bülbül deyirlər.Aşıq Şakir Haçıyev. 1922-ci ildə Ağsu rayonunun Xəlili kəndində anadan olmuşdur. 1947-ci ildən aşıqlığa başlayan Şakir Hacıyev özü də bir cox şerlər yazmışdır. Onun “laləzarlı Azərbaycan”, “Doğma respublikamız”, “Sülhə səs verək”, “Azad ölkəmiz “ “Azərbaycan”, “Vətən haqqında”,”Sovet ordusu”, “28 Aprel”, əmək adamlarına həsir etdiyi sosiyalizst əməyi Qəhrəmanları Şamama Həsənova və Gülputa Orucova haqqında və başqa şerlərində aşığın humanistliyi, əməksevərliyi, vətənpərvərliyi bir daha hiss olunur.Aşıq Şakir düzlüyün tərafdarı olmuş, başqalarını da əhdində, vəfasında, düz olmağa çağırmışdı.

Şəhər qurub, yeni bağca, bağ salan,

Sülhün bayrağını göyə qaldıran,

Sədaqətə, etibara səs verək!

Ellərimiz ömür sürür bəxtəvər.

Xaruqələr yaradırıq hər səhər,

Mən şairin sözü budur, müxtəsər,

Düz peymana, düz ilqara səs verək!

Onun şerlərinin coxunda sülh, əmin-amanlıq, şanlı partiyamıza olan məhəbbət daha geniş yer tutur.

Hər saat boy atır, çanlanır vətən,

Bəxtiyar ölkəmlə fəxr edirəm mən.

Azadlıq coşanda, sanki sinəmdən,

Dalğalı, tufanlı bir umman kecir.



Azərbaycan SSR-nin Əməkdar İncəsənət işcisi adına layiq görülmüş, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş həmyerlimiz aşıq Şakir Haçıyev 1979-cu ildə vəfat etmişdir. Onun adına həmyerlilərimiz hörmətlə yad edir, maqnitofon lentləreində, qrommofon valarında səsinə böyük maraqla qulaq asırlar.Aşıq elə bil pəristakarlarının ürəyində öz səsindən, oxuduğu mahnılardan bir cələnk hörüb, cələnk titrəyir, kövrəlir ürəklərdə.Bu yaxınlarda hörmətli sənətkarın adını əbədləşdirmək ücün xalqımız böyük etimadla onun yaşayıb- yaratdığı Kürdəmir rayonundakı Topal Həsənli kənd mədəniyyət evinə, yaşadığı kücəyə və Ağsu şəhərinin kücələrindən birinə aşığın adını vermişdi. Bu, xəbəri eşidəndə, bütün həmyerlilərmiz kimi mən də hədsiz sevindim. Aşığı tanıdığım gün, atamın cavabı qulaqlarımda səsləndi:Qızım, onun adı Bülbül deyil, sinəsinə hərarətlə sıxdığı sazı bülbüldü, nəğməli və sözlü ürəyi bülbüldür!

( Birlik, 4 İyun 1983-cü il, №65)