Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
28 Noyabr , 2016
Qədim Şirvan torpağı. Ulu diyarın hər qarış torpağında, hər daşında canlı bir tarix yatır.Şirvanın müxtəlif güşələrində bu günə qədər gəlib catmış qədim abidələr haqqında el əfsanələri bu torpaq haqqında cox şey deyir.Şirvanın gözəlliyi, ülviyyəti haqqında bu torpağın böyük oğlu, şair Xaqani Şirvani belə deyir:



Şirvan ki, var hər cəhətdən

Ülviyyətin anasıdı,

Onun incə səhər yeli

Dərdlərimin dəvasıdır.

Mən vətənə qurban olum

Qurulmuşdur əzəmətlə

Bağdadı da dolandıran

Onun bollu qidasıdır.

Şirvan əhli ali cənab

Yaranıbdır başdan-başa,

O yer gözəl təbiətli

Bir lətafət məvasıdır.



Şirvanın ən bərəkətli,axarlı-baxarlı guşələrindən biri olan Ağsu torpağında da bir sıra tarixi abidələr olmuşdur. Onlardan Çavanşir məscidi, Qəşəd məscidi, Şeyx Məcidi göstərmək olar. Həmin binalar zaman keçdikcə baxımsızlığ, qayğısızlıq üzündən ucub dağılmlşdır. Ağsunun cənubunda, təxminən şəhərə qovuşuq xarabazar bir yer var. Yerli rəvayətlərə görə bura Beylaqan şəhəridi. Guya Qəbələdən qədimdir. Eyni zamanda şair Muciriddin Şirvaninin Beylaqanda yaşaması guman edilir. Hazırda həmin yeri tədqiqat məqsədilə qoruyub saxla- yırlar. Əminik ki, həmin yerin elmi tədqiqi Azərbaycanın qədim tarixini daha da zənginkəşdirəcəkdir.Tarixin keşmə-keşli dövürlərindən bu günə gəkib catmış “Şex Dursun” məqbərəsi Ağsu qəbiristanında demək olar ki, sağlam şəkildədir. Lakin təəssüflə qeyd etməliyəm ki, künbəzin zirvə daşı düşmüş və qərb tərəfdən üz yerindən oynamışdı:

Lələnin harayından,

El yatmaz harayından

Gündə bir daş düşür,

“Dursunun sarayından”

-“Kimsən?”-deyə, qızdan soruşur. Qız cavab verir ki, mən sənin oğlunun nişanlısıyam.Onu nahaq yerə cəzalandırdın.O,gunahsız idi.Yerini boş qoymayım deyə ,orduda vuruş- dum. Çavanşir tutduğu əməlindən peşman olur. Qız ona deyir ki, səndən bir xahişim var. Məni onun məzarınln yanında dəfin etdirin. Çavanşir oğlunu qətlə yetirmək ücün tapşırdığı cəlladı çağırtırıb deyir ki, oğlumu harada dəfin elədilər. Cəllad cavab verir ki, mən onun təqsirsis olduğunu və bir gün sənin peşman olacağını bilirdim. Ona görədə onu öldürməmişəm.Cavanşir sevncindən ağlayır. Oğlanı gətirirlər. Çavanşir ona tapşırır ki, bu qızı ən gözəl yerdə, dağ ətəyində basdırıb üstündə məqbərə tikdirərsən. Daşdəmir atasının sözünə əməl etdi.Oğlan “Dursun” adlı adaxlısını atasının dediyi yerdə dəfin etdi və məqbərə tikdirdi.Belə bir hadisənin olması mümkündür. Cox guman ki, qədim zamanlarda buna bənzər əhvalat olub. Məqbərənin üstündədə “Dursun”adının olması adamlarda bir daha yəqinlik hasil edib ki, həmin məqbərə qəhrəman qız Dursundu.Onu da qeyd etmək lazımdır ki, qədim abidələrimizin əksəriyyəti, o cümlədən “Şey Dursun” məqbərəsi haqqında da M. Useyno, L. BRETANSK , Ə. Salamzadənin nəşr etdirdiyi “Azərbaycan memarlıəq tarixi” ( Moskva, 1963)kitabında geniş elmi məlumatlar vardır. Orada ”Şeyx Dursun” məqbərəsi hicri təqvimi ilə 861-ci ilə, miladi ilə isə 1457-ci ilə aid edilmişdir. Məqbərənin girəcəyinin üst hissəsində ərəbcə “Padar oğlu Şeyx Dursunun məzarı”yazılıb.Tarixinə gəldikdə isə miladi təqvimi ilə 1003-cü ilə aid edilməlidir. Bəlkə də məqbərənin tarixi daha qədimdir.Bunu müəyyənlşdirmək bir qədər cətindir. Cünki yazının tarix hissəsi oxunmaz hala düşmüşdür. Hər halda bu günə qədər gəlib catmış orta əsrin qədim, cox qiymətli memarlıq incilərindən olan “Şeyx Dursun” məqbərəsinin qorunması, təmiri olduqca vacib və zəruridir. Şirvanda bu abidə haqqında müxtəlif rəvayətlər vardır. Bu rəvayətlərə görə bu abidəni “Dursun” adlı qəhrəman qızın məqbərəsi kimi tanıyırlar. Həmin rəvayətlərin birində deyilir ki, məşhur sərkərdə Cavanşir düşmənlərin fitnəsinə uyub, öz oğlu Daşdəmirbəyi öldürtdürür.Burada gedən döyüşlərin birində Çavanşir görür ki, bir sərkərdə düşmənlərlə qəhrəmanlıqla vuruşur.Lakin onu muhasirəyə alırlar, bir qolunu vurub salırlar. At yaralı sərkərdəni aradan cıxarır. Çavanşir də onun ardınca çapır. Sərkərdə yıxılır. Dəbilqəsi başından düşür .Qapqara, uzun hörükləri yerə sərilir. Sən demə bu sərkərdə gözəl bir qız imiş. Çavanşir:

( Birlik, 31 May 1983-cü il, №63)