Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
28 Noyabr , 2016
“Komminist”in hamilik biriqadasının Ağsuya növbəti səfərlərinin birində rayonda rəsm qaleriyası yaratmaq təşəbbüsü irəli sürülmüşdü. Bu məqsədlə Lenin adına kolxozun mədəniyyət evində münasib yer secilmiş və oranı qalereya ücün sahmana salmaq qərara alınmışdı, hətta o vaxt görkəmli rəssamlarımızdan Maral Rəhmanzadənin, Yusif Hüseynovun, Elmira Şahtaxtiniskayanın, Elbəy Rzaquliyevin, Rasim Babayevin və başqalarının bağışladıqları ilk şəkillər də gətirilmişdir. İndi qalırdı müəyyən hazırlıq işlərindən sonra rəsim qaleriyasının rəsim aclışını kecirmək. Nəhayət həmin gün gəlib catdı.Gözəl may günü idi. Qaraqoyunlu kəndindəki mədəniyyət evi bayramsayağı bəzədilmişdi. Buraya kəndin üzümcü qızları, sağıcıları, mexanizatorları, məktəblilər ilə yanaşı, rayon mərkəzindən, qonşu kəndlərdən də coxlu nümayəndə gəlmişdi.Yığıncağı Ağsu Rayon Partiya Komitəsinin birinci katibi P.Ədilov yoldaş acdı. O, rəsim qaleriyasının aclışını kəndin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirərək, təsviri sənət əsərlərinin təbliğində, zəhmətkeşlərin estetik tərbiyəsində onun mühüm rol oynadığından danışdı.Qeyd etdi ki, yaradıcı ziyalıların bu cür təşəbbüsü kənddə ideloji işin səviyyəsini yüksəldilməsinə böyük köməkdir. Azərbaycan SSR Rəssamlar İttifaqı idarə heyətinin katibi, respublikanın xalq rəssamı E. Rzaquliyev:

-Son illər təsviri sənət əsərləri ilə zəhmətkeşlərin daha geniş təbəqəsini tanış etməyə xususi diqqət yetirilir. Bu sahədə daimi və səyyar sərgilərin rolu böyükdü

- Bu gün biz “Komminist” qəzetinin rayonumuza göstərdiyi hamiliyin bir daha şahdi oluruq.Kəndimizə rəsm qaleriyasının aclışına həvəslə kömək göstərən Azərbaycan Rəssamlar İttifaqına, əsərləri qalereyanı bəzəyən rəssamlarımıza bütün kolxozcularımız adından dərin minətdarlığımılzı bildirəm Rəsm qaleriyası bizim camaat ücün mənəvi zövq məktəbi olub, məhsuldar işimizə kömək edəcəkdir.Kolxozcu X.Muradova:r. İndi rənggarlıq, heykəltaraşlıq, qrafika, tətbiqi və dekorativ sənət nümunələri ilə kolxoz klublarında, tikinti meydanlarında, zavod sexlərində də tanış olmaq mümkündür. Təsviri sənət əsərlərinin təbliğini yeni və maraqlı formalarından biri də rəsm qaleriyalarıdır.Belə bir qaleriyanın sizin kəndinizdə acılması, sözün əsl mənasında, mühüm mədəni hadisədir. Bizim rəssamlar ücün də bunun xususi əhəmiyyəti var. Biz əminik ki, Azərbarcan Rəssamlar İttifaqı katibliyinin qərarı ilə Lenin adına kolxoza bir dəfəlik bağışlanan və rəsm qaleriyanızı bəzəyən həmin əsərlər kəndinizin əmək adamlarının, gənc nəsilin mədəni yüksəlişinə, estetik tərbiyəsinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda biz rəssamları da sizin kimi sadə əmək adamlarının, gözəl muasirlərimizin həyatını əks etdirən yeni əsərlər yaratmağa ruhlandıracaqdır.Lenin adına kolxozun sədri A. Alıyev:

- Bu gün kəndimizi həyatında əsl bayramdır.

Kolxozcuların sevimli mədəniyyət mərkəzinə cevrilərək bu qaleriya gənclərin bədii zövqünün formalaşmasında, ideya-siyasi və estetik tərbiyəsinin təkminləşməsində mühüm rol oynayacaq, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində bizə mənəvi qüvvə verəcəkdir. Payon partiya komitəsinin birinci katibi R. Ədilov qırmızı lenti kəsdi. Qaraqoyunlu kəndinin sakinləri və qonaqlar qaleriyaya daxil oldular. Geniş və işıqlı salonda 40-dək rəsm, 3 heykaltaraşlıq işi nümayiş etdirilirdi. Azərbaycan SSR xalq rəssamı E.Rzaquliyev qalereyadakı əsərlər, onların müəllifləri haqqında tamaşacılara məlumatv verdi. Sonra o, bir sıra görkəmli rəssamların nəfis şəkildə buraxılmış albomlarını qaleriyaya bağışladı.Rəsim qaleriyasına bədii fonddan göndərilmiş əsərlər icərisində respublikanın xalq rəssamlar -ndan Baba Əliyevin, Hüseyin Əliyevin, əməkdar incəsənət xadimi Əyyub Hüseynovun, əməkdar rəssam Cahangir Rüstəmovun, rəssam Həsən Haqverdiyevin, heykəltaraş Münəvvər Rzayevanın və başqaların əsərləri var idi.Rəy kitabına ilk sözlər yazıldı.

( Birlik, 28 May 1983-cü il,№62)