Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

“Xalca cox xoşumuza gəldi, fikrimiz  var ki, onu Moskvaya-sərgiyə göndərək!”-deyə Bakıdan gəlmiş qonaq dilləndi.Ərkinaz Şeydayeva utancaq nəzərini bir nöqtəyə zilləyib dedi:

 - Bəlkə layiq olmadı.

Qonaq:

 - Bizə belə gəlir ki, olar, deyə inamla bildirdi.

  Ə. Şeydayeva deyir:Nahayət razılaşdılar.Ərkinazın xalçası sərgiyə layiq oldu.Bu günlərdə Moskvadan Xalq Təsərrüfatı Nailiyətləri Sərgisindən Duxnevic Berkard İosifovicdən aşağıdakı məzmunda bir məktub almışıq:Moskvada, SSRİ Xalq Təsərrüfatı Naliyyətləri Sərgisində“ Dekorativ tədbiqi incəsənət üzrə xalq istedadları”adlı bədii sərgidə “ Biço”xalçasının istedadlı yaradıçısı Ə. Şeydayevanın əl işi də numayiş etdirilir. Onun hazırladığı bədii toxuçuluq numunəsi bu xalq istedadına böyük şərəf gətirmişdir.Həmin əl işində Azərbaycan xalq incəsənətinin gözəl ən-ənələri öz təçəssümünü tapmışdır.Ə,Şeydayeva toxuduğu “Biço” xalçasında milli ənənələrə uyğun gözəl ornamentli rəsmlər, təkrarolunmaz milli kalorit, Ağsu rayonunun  əlvan sujetlərini yaratmışdır. Xalçada Ə. Şeydayevanın özünəməxsus fərdi yaradıçılıq xətti, xalq ənənələrinə varislik mövqeyi Azərbaycan bədi əl toxuçuluğunu daha da şöhrətləndirir. Bu müvəffəqiyyət Azərbaycan xalq istedadlarının, o cümlədən Ağsu istedadlarının  estetik tərbiyə məktəbinin müvəffəqiyyətidir”. Bu günlərdə Biço kəndində Ərkinaz Şydayevanın evindəki xalça “sexində” olduq.Yaraşıql otaqlarınbirində sadə hana qurğusu qurulmuşdur. Al-əlvan yumaqlar, həva, girgid, əriş, arğac...hər şey yerli-yerindədi.Evdə bir-bayram əhval-ruhiyyəsi höküm sürürdü. Ailənin başçısı, kəndəki Əzizbəyov adına sovxozun şoferi Dostməmməd Şeydayev, onun uşaqları Tamella, Yeganə, Elman, İmran, Teyyub, Əyyub, Cəlal, Eldəniz, həmçinin qohum- tanışlar şənliyin səbəbkarı Ərkinaz xalanı dövrəyə almışdılar. Məşhur xalçaçı bu gün anadan olmasının 50 illiyini və “yaradıçılığının” 100-çü xalcasını qeyd edirdi. Bu şənliyə onun öyrətdiyi həvəskar xalçaçılardan(belələrinin sayı 20 yaxındır) Roza Şeydayeva, Sona, Vəfa, Maya Süleymanovalar,Nazilə Xasıyeva, Əzizə İbişova və başqaları da gəlmişdilər.Hamının nəzərləri 100-cü xalçaya dikilmişdi. Xalçaya baxmaqdan doymaq olmur. Yumşaq, axıcı xətti vəm, yaxud kəsgin surətli xətti, bütov yaxud qırıq-qırıq ştrix, qara-ağ naxışların kontrasları və yaxud onların nazik, güclə secilən kecidlərinin hamısı sadəçə olaraq texniki priyomlar deyil, həyatı acıb göstərmək vasitələridir.

   - Mən on üc yaşından xalca toxuyuram. Yaxşı bilirəm ki, hər bir naxış özünəməxsus rəng  həlli ,kalorit tələb edir.Bəli, Ərkinaz Şeydayeva yaratdığı xalçalara baxdıqca öz ağlının gücündən və öz əllərinin işindən ləzzət alır, nəyə qabil olduğuna onda inam yaranır. Öz qabiliyyətinin, fiziki və mənəvi gücünü dərk etməsi isə ona sonsuz fərəh verir.

 ( Birlik, 29 Mart  1983-cü il, №38)