Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Xalqın yaratdığı uzun əsirlik naliyyətlər, numunələr dünənimizi öyrənməkdə, onun yaxşılarını yaşatmaqda,  inkişaf etdirməkdə, pislərini isə atmaqda bizə, bizim bu günkü inkişafımıza böyük kömək edir. Bu baxımdan mövcud tarix və mədəniyyət abidələrini qorunub saxlanması böyük əhəmiyyətə malikdir.Doğrudur, rayonumuz madi mədəniyyət abidələri ilə cox da zəngin deyildir. Amma öz tarixi dəyəri;gözəlliyi və qiymətliliyi ilə əhəmiyyət kəsb edən bir sıra qədim mədəniyyət yadigarı və arxeloji abidələr mövcudur.Ağsu şəhərinin şimal şərhədində yerləşən XV əsrin yadigarı “Şeyx Dursun “türbəsi,  Kəlağaylı  kəndi yaxınlığındakı qədim türbə, Qaraqoyunyunlu  türbələri, Padar kəndi yaxınlığın-dakı “Bilal Əfəndi “məscidi, Ülgüc  kəndinin cənubi şərqindəki  orta əsrlərə aid  “Yeni Şamaxı”nın qalıqları (xarabalıqları), Girdimancay  sahilində  Padar kəndi yaxınlığındakı  “Xəzinə dağı”, eramızdan əvvəl I-II  əsrlərin yadigarı olan Nüydü, Nuran nekropolları, Ərəbuşağı kəndinin  mərkəzində olan “Xan yurdu”,  Qırlar və Quzay kəndlərinin yaxınlığındakı  “Pəldəkor” yaşayış məntəqəsi, Xasıdərə kəndi yaxınlığındakı “Uzun bodsər”, Nüydü kəndi yaxınlığındakı “Xanqıran” yaşayış məntəqələrini qalıqları məhz belələrindəndir.Rayonumuzda  Sovet  hakimiyyəti  illərində  yeni və muasir mövzulu abidələrdə yaranmışdı. Şəhərin mərkəzində böyük  Vətən muharbəsində həlak olanların xatirəsinə ucaldılan monumental abidəni, eləçədə Qəşəd,  Gürcüvan Hinqar, Rəhimli kəndlərində Alman faşist işğalcılarına qarşı mübarizədə mərdliklə həlak olan həmyerlilərmizin xatirə ansanbılları, habelə müxtəlif yerlərdə qoyulmuş inqilab rəhbərlərinin, partiya və dövlət xadimlərinin heykəl və büstlərini misal göstərmək olar.Yeri gəlmişgən onu da qeyd etmək lazımdır ki, tarixi abidələrin qorunmasında və muhavizə olunmasına rayonda lazımı diqqıt yetirilmir. “Bilal Əfəndi”məscidinin və “Şeyx Dursun” türbəsinin təmirə böyük  ehdiyacı vardır. Onların ornamentləri şəklini itirir. Bir azdan artıq ornamentlərin düzgün bərpası daha da cətinləşəçəkdir. Tarix və mədəniyyət abidələri xalqa məxsus olub, onun qədim mədəniyyət sərvətidir.Onları yaşatmaq və muhafizə etmək hamının borcudur.Azərbaycan KP MK -nın və Azərbaycan SSR Nazirlər Sovetinin bu haqdakı qərarında göstərilir ki, tarix və mədəniyyət abidələrini muhafizə və bərpası məsələlərinə diqqət  dahada gücləndirilmə- li, bu işin vəziyyəti vaxtaşırı olaraq nəzərdən kücirilməli, ictimaiyyət, müəssəsə, idarə, kolxoz, sovxoz  və məktəblərin kollektivləri bu işə daha geniş çəlb edilməlidir. Ona görə də əlaqədar təşkilatlar tarixi abidələrin qorunmasını təmin etməlidirlər. Müəyyən edilmiş üzvlük haqqlarının vaxtında toplanması da əhəmiyyət kəsb edir. RXMŞ, 1, 2, 3 nömrəli orta məktəblərin müəllim və şagird kollektivi, rayon mərkəzi xəstəxanası, rayon istehlak çəmiyyəti, 118 nömrəli texniki -peşə məktəbi, kommunal müəssisələri kombinatı, yol istehsalat şöbəsi, 26 Komissar adına, “Moskva”, “Komsomol”, “Bakı”, “Özbəkistan” ,K Marks adına kolxozlar bu məsələnin həllində fəal iştirak edərək illik üzvlük haqqını vaxtında ödəmişdir. Lakin rayon mədəniyyət şğbəsi, M. B. Qasımov adına, Nizami adına kolxozların, habelə Sabir adına sovxozun və bir sıra təsərrüfatların, idarə və müəssələrin rəhbərləri isə üzvlük haqqının toplanmasını vaxtında təmin etmirlər. Dövlət tərəfindən cox qiymətli, müqəddəs və toxzunulmaz sayılan tarixi abidələrə hörmət etmək bizim hamımızın borcumuzdur. Axı, onlar  ulu əcdadımızın bu günə qonaq gəlmiş simvoludur.

 ( Birlik, 1Fevral  1983 cü il,№14)