Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Ulu sənət:Xalqımızın tarixi qədər qədim, ulu sənətşünaslıq.Gündoğandan-günbatana yayılan, el-obanı vəcdə gətirən, ovsunlayan tərbiyələndirən söz-saz sənətidir aşıqlıq. Dədə Qorqud qopuzlu, Ustad Qurbani kəlamlı, Tufarqanlı Abbas naləli, Aşıq Ələsgər  nəsihətli, Aşıq  Şəmşir hazırcavablı.Aşıq şair avazlı, nəsildən-nəsilə kecən, yeni-yeni  calarlarla zənginləşən, müdrikləşən coxcəhətli xalq sənətidir aşıqlıq. Mərhum professor, folklorşu -nas  M.H Təhmasibin təbirincə desək,”Aşıq həm şair, həm bəstəkar, həm müğənni, həm calan, həm oynayan, həm aktyor,həm dastancı, həm aparıçı, həmdə rejissordur”. Xalqın həyatını, sevincini, kədərini düşüncələrini duyub əks etdirir,tamaşacılara catdırır aşıq.Azərbaycan KP MK-si “Azərbaycan aşıqlarının IV qurultayını kecirmək haqqındakı qərarında aşıq sənətinin gələçək inkişaf yollarını müəy-yənləşdirmək, əhalinin geniş kütlələri arasında aşıq yaradıcılığını təbliğ etmək, məşhurlaşdırmaq vəzifələrini irəli sürmüşdür. Həmin qərarda qeyd edilir ki, istedadlı aşıqların aşkara cıxarılması və ən bacarıqlı gənc ifacılar arasında aşıqlar hazırlanması ücün lazımı şərait yaradılsın,aşıqların repertuarını, idea-bədi səviyyəsi, onların peşə və ifacılıq məharətinin yüksəlməsində kömək göstərilsin. Bu qərar respublika partiya təşkilatının el aşıqlarına atalıq qayğısının yeni, parlaq təzahürüdü. Aşıqlıq sənətinin , bu el sənətinin Ağsu rayonunda yaşamış və davam etdirən onlarca saz-söz sənətkarları olmuş və vardır. Onların əl ulusu Kalva kəndinin yetirməsi Miskin Baba Şirvanidir.O, XIX əsrdə yaşamış, qoşma və deyişmələri ilə cox məşhurlaşmışdir. Aşıq şairin “Çan ilə Cəsədin bəhsi” deyişməsində didaktik məsələlərə geniş yer verilmişdir. Miskin Babanın erməni aşığı Xacaturla deyişməsi də aşıq hazırcavablığının bitkin nümunəsidi.Azərbaycanda Sovet hakimiyyəti yaradıldığı ilk illərdə Aşıq Bilal cox şöhrətlənmişdir. Onun əsli Ağsu rayonunun Qəşəd kəndindəndir.Sonralar Kürdəmir şəhərinə köçmüş,orada yaşamışdır.Aşıq Bilal ən cox bayatı janrında yazıb yaratmışdır. Onun bayatılarında saf sevgi motivləri əsas yer tutur. Hazırda Ağsu rayonunda telli sazlı xoş avazlı aşıqlarımız coxdur. Aşıq Əzizxan Bəndəliyev, Aşıq Habil, Niyazi Kəsgin, Aşıq Ramiz və  başqalarını belələrini misal göstərə bilərik.

     Aşıq Əzizxanın gəraylıların birində oxuyuruq.

                                         Mən demirəm yüz bilginən,

                                         Bildiyinin yüz bilginən.

                                         Ləl qiymətli söz bilginən

                                         Mənasında dərin olsun.

   Aşıq əmək adamlarına Vətən torpağına coxlu qoşma və gəraylı həsr etmişdi.

   Aşıq Niyazi “Üzümcü qız” qoşmasında belə yazmışdır:

                                         Qəhrəman qızısan bu ellərin sən,

                                         İşinlə fəxr edir anamız vətən.

                                         Ordeninlə, medalınla bəzəksən

                                         Bu, gözəl diyara, ay üzümcü qız

   Aşıq Habil, Aşıq Ramiz başqaları da muasir dövrə,SSRİ-nin 60 illiyinə poetik qoşmalar həsr etmişlər. Bəli, el aşıqlarımız öz qurultaylarını mütəşəkkil hazırlıqla qarşılamağa calışırlar.

  (Birlik, 6 Yanvar 1983-cü il,№3)