Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Aşıq sənətinin görkəmli nümayəndəsi, öz dövrünün ən istedadlı nəğməkarı olan Aşıq Bilal XIX əsrin sonu və XX əsrin əvvələrində yaşayıb-yaratmışdır. O, nəinki doğma Azərbaycanda, eləçədə Dağıstanda, Ermənistanda, Gürçüstanda və başqa qardaş ellərdə çalıb-oxumuş, öz telli sazı, xoş avazı ilə könülləri sərəfraz etmişdir. Aşıq Bilal yaradıçı olmuş coxlu qoşma, gəraylı, bayatı və satirik şerlər yazmışdır.Onun əsərlərində Sovet hakimiyyəti illərindən əvvəlki acınacaqlı həyat, pristavların, koxaların xalqa etdiyi zülm öz əksini tapmışdır. Aşıq bu barədə yazdığı qoşmalardan birində belə deyir:

                                    Nikolayın, musavatın vaxtında,

                                    Dərd əlindən hər azara düşmüşəm.

                     

                                    Bir parca çörəyi qazanmaq üçün,

                                    Nökər olub min bir dara düşmüşəm.

 Aşığın “Pristavın əlindən”, “Neyləsin”, “Xəstəlik”, “Bir gün” və sair şerləridə bu mövzuda yazılmlşdır. Mollaların, axundların, fırıldaqcılığını Aşıq Bilal kəsgin satira atəşinə tutmuşdur. Respublikamızda Aprel inqilabından sonra bərqərar olan xoş dövran aşığın ilhamını daha da coşdurmuşdur.O, İlk kolxoz quruculuğuna, zərbəçilərin əmək yarışına nəğmələr qoşmuşdur:

                                      Azadlığı bizə verən

                                     Ancaq sovet dövranıdr.

                                     Nur ciləyən bağ-bağat,

                  

                    Böyük Lenin fərmanıdır.

    Aşığın azad sevgi mövzusunda coxlu qoşma və gəraylısı dillər əzbəri olmuşdur. Bu əsərlərdə muasiri olan qızları, el gözələrini sənət dili ilə mədh etmiş, onlara sözdən abidə uçaltmışdır.Aşıq Bilal bir sıra bayatılar da yazmışdır.Bu əsərlərdə falklorla bağlılıq, xalq yaradıçılığının qaynaqları nəzərə çarpır. Həmçinin, bu yazılarda doğma vətənə məhəbbət hissləri əks olunmuşdur:

                                              Mən aşıq ləngə bizi,

                                              Qəşədi, Ləngəbizi.

                                              Qobunun tozlu yolu.

                                               Salıbdı ləngə bizi

     Bu yaxınlarda filologiya elmləri namizədi Mürsəl Mürsəlovun tərtibatı ilə cap edilən Aşıq Bilalınn “İlk baharım, gəl görüm” adlı şerlər toplusu oxuculara, eyni zamanda aşığın həmyerlilərinə gözəl hədiyyədir.Kitabda 50-yə yaxın qoşma, gəraylı və bayatı toplanmışdır. Əlbəttə, bu əsərlər aşığın bütün yaradıçılığını əhatə etmir. Hələ onun yazıya alınmamış, yaddaşlarda saxlanan coxlu şerləri də vardır. Sənətsevənlər yəqin ki, aşıq Bilalın kitabını maraqla oxuyacaq və onun yeni əsərlərini tapıb üzə cıxaracaqlar. Aşıq özü bu barədə gözəl demişdir: 

                                        Şerdir, nəğmədir könlümün varı,

                                        Deyim sözlərimi eşidin barı.

                                        Bilal söz ustası,söz xiridarıdır , 

                                        Bir vaxt şam-cıraqla gəzərlər məni.

   Bəli, Aşıq Bilal qədirbilən xalqın ürəyində daim yaşayacaq, onun şerləri eldən elə, dildən dilə gəzəcəkdir.                 

  ( Birlik,20 Yanvar 1983 -cü il,№9)