Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Rayonumuzda musiqi ilə, poeziya ilə, rəssamlıqla, incəsənətin digər növləri ilə onlarca istedadlı gənc məşğul olur. Belə istedadlı gənçlərdən bir idə Ağsu rayon mədəniyyət evinin işçisi Telman Nəcəfovdur.O, həm musiqi həm də poeziya ilə ürəkdən bağlıdır. Şirmayı dilli qarmonu dilləndirəndə xoş melodiyalar könüllərə zövq verir. Belə anlarda musiqi sədaları onu romantik aləmə aparır. Telmanın xəyalında sanki yollara, rizlərə güllər ələnir, hardasa uzaq dənizlərə ləpələr qırcınlanır, yelkənsiz ümüd qayğı hardasa baş alıb gedir. Onun qəlbində kövrək, həzin şer misraları yaranır.Musiqiyə, poeziyaya həvəs Telmanın ürəyində ekiz yaranmışdı. O, hələ Rəhimli kənd məktəbinin VIII sinifində oxuyarkən məktəbdə kecirilən konsertlərdə, ədəbi gecədə həvəsə iştirak edərdi. Bu həvəs onu Ağsu şəhər mədəniyyət evinə gətirdi. Artıq ücüncü ildir ki, o, mədəniyyət evinin bədi özfaliyyət kollektivinin tərkibində kolxoz və savxozlara gedir. Onun qarmonunda”Azərbaycan oğluyam”, “Elə bəndəm”, “ Maralım”, “ Yaz gəldi” və sair xalq mahnıları daha gözəl səslənir. Telmanın şerlərində Vətən torpağı, əmək adamlarının hünəri, sevgi duyğuları tərənnüm edilir. Onun “Görmək istəyirəm” ,“Təbiətin qoynunda”, İncə tellər” və başqa şerləri diqqəti cəlb edir. “Çinarlar “şerində oxuyuruq.

                                     Torpaqdan güc alıb, göylərdən işıq,

                                      Düzülüblər qatar-qatar cinarlar,

                                       Sanki vurulublar ,olublar aşiq,

                                       Üzünü günəşə tutan çinarlar

                                       Şeh parlayar yarpağında zər kimi,

                                       Başı uca olar igid ər kimi

                                        Qol- boyun dayanar sevənər kimi,

                                        Şadlığa, sevinçə batar çinarlar.

Telman uğurlu yaradıçılıq yolundadır.O, bu il M. Əliyev adına Azərbaycan Dövlət İnçəsənət İnistituna qəbul olmaq arzusundadır. Ona uğurlar və yaradıçılıq müvəffəqiyyəti arzulayırıq.

( Birlik, 22 Mart 1983 cü il, №35)