Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Aydının səsi elə bil gah budaqdan süzülür, gah da şəlaləyə dönür. Kövrək, həzin olduğu qədər də şağraq,şux səsi var onun. Xalq mahnılarını, təsnifləri yaşına uyuşmayan ustalıqla ifa edir. Onu da deyim ki,Aydında musiqinin, ritmi qavramaq qabiliyyəti güclüdür. Onunla məşq zamanı çətinlik çəkmirik. Nə qüsur tuturuq, elə ilk məşqdə aradan qaldırır.Şəhər musiqi məktəbinin müəllimi Mirzə Əzimov isə onun gələçəyinə daha böyük ümüd bəsləyir. səs elə bil neydən süzülürdü. O səs elə təmiz, elə şirin idi ki, o səsin arxasınca düşüb Qacaq Nəbinin Qıratının tərifini eşidirik. “Apardı ellər Saranı” deyə nalə cəkən aşiqin nisginliyini duyurdum. O səs bayatılarımızı soraqlayırdı, əsirlərin daş yaxasından süzülüb gələn. Həzin-kövrək bayatılarımızı.O səs biraz titrək idi, bir az kövrək, bir az da nizamsız. Axı o səsin sahibi də sən deyən bərkə-boşa düşməyib. Cəmi 16-17 yaşı ola olmaya.Adı Aydındır.Rəhimli kənd doqquzuncu sinifində oxuyur.Təhsil qabaqcılıdır.Həm də məktəbdəki bədii özfəaliyyət dərnəyinin ən fəal üzvüdür. Gözəl , yapışıqlı səsi var. Oxuduqları da xalq mahnıları və təsniflərdir. Bu ilin aprel ayında rayonumuzla kecrilmiş məktəblilərin mahnı festivalının qalibi olmuş, sonra onun məlahətli səsi respublikamızın paytaxdında kecrilmiş məktəblilərin IVmahnı və rəqs bayramına rövnəq vermişdir.Bir necə aydır ki, Aydın Ələkbərov rayon mədəniyyət evinin “Qöncə” ansanbılına dəvət olunub. Rayonumuzda kcirilmiş” məhsul bayramında “ ,“Sağıcı günündə”, müxtəlif tədbirlərdə onun ifa etdiyi mahnılar dinləyiciləri həmişə valeh edir. O, xalq mahnılarını daha cox sevir. Şirin, şaqraq səsi bu yeniyetmə gəncə musiqisevərlərin rəğbətini qazandırmışdır. Rayon mədəniyyət evinin bədi rəhbəri, “Qöncə” xalq calğı alətləri ansanblının rəhbəri Mütəllim Məlikov deyir:

   -Aydının səsi ötəri, keciçi səs deyil. Bununcun onun yaş həddi artıq ötüb.Müğənni sənətində səs, qavrayış əsas sayılır ki, xoşbəxtlikdən bu ona nəsib olub. Qalır səsin acdığı çığırla irəliləmək. Bax, bu, Aydının özündən aslıdı. Bu yolda ona uğurlar arzulayıram. Onunla görüşüb ,söhbət etdim. Musiqiyə, xanəndəlik sənətinə qəlbən bağlıdır. Şirin,işıqlı arzuları var. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynalı adına musiqi məktəbində təhsil almaq istəyir. Gözəl arzudur. Təki elə olsun. Onunla , gözəl səsiylə daha geniş konsert salonlarında, radio dalğalarında, “mavi ekran” da, qarşılaşıb görüşək, “Həmyerlimizdir, əhsən! “ deyək.

 (Birlik,03 Dekabr 1983-cü il,№141)