Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Gənc nəsilin tərbiyəsində başqa mədəni-marif oçaqları ilə yanaşı diyarşunaslıq muzeylərinin də mühüm rolu vardır. Xalqımızın qəhrəmanlıq, mədəniyyət və məişət tarixini öyrənməklə, kecmiş irsə bağlılıq, mənəvi sərvətə qayğıkeşlik ruhu aşılanır. Məhz bunlar nəzərə alınaraq şəhərimizdə diyarşunaslıq muzeyi tikilir. Bu bina 36 min manat smeta dəyərinə malikdir.Bina 2 mərtəbədən, 3 xidmət otağından və 5 eksponat  zalından  ibarət olacaqdır.Muzeyi  iş icracısı Murad Əhmədovun başcılıq etdiyi  inşaatcılar  briqadası tikir. Ustalardan  İbrahim Məhərrəmov,Eyvaz Umbayev, Mürşüd Veysəlov, Abdulla Nağıyev, fəhlələrdən Əşrəf Hümbətov, Sahib Abdullayev.Zahid Musayev, Qəhrəman Dəmirov və başqaları daha yaxşı çalışırlar.Muzey tikintisinin noyabr ayının axırınadək başa catdırılması uğrunda inşacılar bütün  imkan və vastələrdən səmərəli istifadə edirlər.

( Birlik, 07 Noyabr 1983-cü il,№130)