Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Bir ilə yaxındır ki, mən Qəşəd kənd kitabxanasında müdür işləyirəm. Kitabları oxuculara sevdirmək məqsədilə vaxtaşırı olaraq müxtəlif  tədbirlər həyata keciririk. Məsələn, bu yaxınlarda “Poeziyamızın dünəni və bu günü” mövzusunda təşkil etdiyimiz şer saatı cox maraqla qarşılanmışdır.Toplanışda Xaqani adına sovxozun bir qrup fəhləsi ilə birlikdə orta məktəb şagirdləri də iştirak edirdi. Savxozun aqronomu, poeziya vurğunu Şahbaba Nuriyev, ədəbiyyat müəllimi Şahbaba Qənbərov və başqaları klassik və muasir şairlərimizin yaradıcılığından qısa məlumat verdilər. Sonra şagirdlər xoşladıqları şer və poemalardan numunələri əzbər söylədilər. Kitabxanamızın fondunda3 mindən cox bədii, içtimai, elmi kitab vardır. Onlar bir neçə şöbədə yerləşdirilmişdir. Oxuculara kitab vermək ücün kartoteka üsulundan istifadə edirik. Lakin kitabxanada şərait cox acınacaqlıdır. Belə ki, taxta döşəmə əvəzinə kitabxananın yerinə  sement beton tökülüb. Divarların suvağı qopub-ucmaqdadır. Yeganə pəncərənin şüşəsi  sınıb. Qapı köhnə olduqundan taxtaları aralanıb.Bir sözlə binanın əsaslı təmirə böyük ehtiyacı vardır.Ancaq nədənsə, əlaqədar təşkilatlar kitabxananın təmirni ildən-ilə təxirə salır., əlverişli iş şəraiti yaratmaq qayğısına qalmırlar.

(Birlik, 15 Noyabır  1983-cü il,№133)