Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Bu günlərdə SSRİ xalq artisdi, SSRİ Ali Sovetinin deputatı ,doğma vətənimizdə və onub hüdüdlarından kənarda tanınmış, məşhur muğənni Rəşid Behbudov və onun rəhbərlik etdiyi mahnı teatrı bir necə gün rayonumuzda olmuşdur. Kollektivin çıxışı əmək kollektivləri tərəfindən böyük razılıq və hərarətlə qarşılanmışdır. Müxbirimiz mahnı teatrın yaranması, onun uğurları və qastrol səfərləri barədə məlumat verməyi R. Behbudov yoldaşdan xahiş etmişdir. Görkəmli sənətkar demişdir:

    -Teatrımızın on yeddi yaşı vardır. Hələ teatrın yaranmasının ilk illərində fəalliyət üçün proqram hazırladıq, isdedadlı musiqiçiləri teatra dəvət etdik.Teatrın kollektivi hər çür bayağı “muasirlikdən “uzaqdır.Ona görə də çıxışlarımız hər yerdə rəğbətlə qarşılanır.Kollektivmizin ifaçılıq və texniki imkanları cox genişdir. Musiqiçilərimiz necə deyərlər, “universaldırlar”. Onların hər biri bir musiqini müxtəlif alətlərdə ifa edə bilirlər. Həm də müxtəlif mahnı və rəqslər teatrımızın “ imkanları ölçüsü”nə  sığışa bilir.Onu qeyd etməliyəm ki, tez-tez qastrol səfərində oluruq. Bu səfərlərə yüksək məsuliyyət hissi ilə yanaşırıq. Cünki hər hansı bir konsert yüksək professional hazırlıq, yorulmaz axtarış, yüksək yaradıçılıq məsuliyyəti tələb edir. Bu yaxınlarda Pakistan səfərində olduq. Konsertlərimiz hamısı uğurla, müvəffəqiyyəttlə kecdi, hər yerdə böyük rəğbətlə, ardı-arası kəsilməyən alqışlarla qarşılandıq. Yerli mətbuat çıxışlarımızı böyük maraqla işıqlandırdı. Biz Pakistanda olarkən mətbuatda haqqımızda təqribən 100-ə yaxın məqalə və rəylər dərc olunmuşdu. Kollektivimizin üzvləri Pakistanın Faysalat şəhərinə sovet musiqisinin ilk cığırını acdığı ücün daha cox sevinirlər.Yeri gəlmişkən qeyd etməliyəm ki, biz Pakistanda iki həftə qalmalı idik. Ancaq tamaşacıların xahişi ilə əlavə bir həftə qalıb konsert verməli olduq. Oradakı 16 konsertimizin hamısında salon tamaşacılarla ağzına kimi dolu idi. Çox konsertdə hətta kecid yolları da tamaşacı ilə dolu olurdu.Oxuçulara məlumat verməyəi özümə borc bilirəm ki, mahnı teatrımız bir necə dəfə kinoya cəkilib.Yaxın vaxtlarda kollektivimizin yaradıçılığına həsr olunmuş yeni film-konsert cəkiləcəkdir.Tamaşacılar mənə tez-tez sual verirlər ki, ifa etdiyim mahnıların hansı mənim ücün daha yaxındı, əzizdir. Əlbətdə,hamısı.“Arşın mal alanda” Əsgərin ariyası, Ç.Çahangirovun “Ana”sı, “Qalalıyam” xalq mahnısı, bir sözlə, oxuduğum bütün mahnılar mənim” övladlarımdı. Hazırda kollektivimiz maraqlı repertuar əsasında konsert hazırlayır. Axı, bizi qarşıda yeni səfərlər gözləyir. Hindisdan, Banqladeş, Nepal, Belçika və s. R. Behbudov axırda dedi:

-Ağsu rayononunun partiya, sovet ,həmkarlar ittifaqı və komsomol təşkilatlarına, bütün əməkçilərinə rayonun iqtisadi və sosial inkişafı sahəsində yei-yeni nailiyyətlər arzulayıram.Qoy Ağsu torpağının zəhmətkeşləri öz fədakar əməkləri ilə daha yüksək zirvələr fəth etsinlər”.

 Müxbür:

-Musahibə ücün cox sağ olun, Rəşid müəllim.

 ( Birlik, 14 Aprel  1983- cü il,№45)