Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Pirhəsənli kəndində Mirqasım əmini böyükdən- kiciyə hamı sevir, ona hörmət edir. Mirqasım əmi ömrünün səkkizinci onilliyini yaşasa da, cox sağlam və gumrahdı.O, gumrahlığının səbəbini belə izah edir.

   -Gözümü acandan zəhmətə bağlanmışam.Sığındığım torpaq olub. Həmişə ürəkdən işləmişəm, ruhla işləmişəm. Gözləməmişəm ki, kimsə mənə mukafat verəcək, yaxud tərifləyəçək.Lap doğrusu,əməyimin mukafatını uşaqlarım gətiriblər.Ailəmizdə uşaqlarımım altı diplomu var.Hələ gəlinlərimi demirəm.Mənim ücün, həyat yoldaşım Dəstəgül ücün bundan böyük, bundan şirin mukafat olarmı? Mirqasım əmi danışır, istər-istə-məz onun şirin sözlərinə heyran olursan. O, otuzuncu illərdə Pirəsənli kəndində kolxoz qurculğunda fəal iştirak edib. Özünün dediyi kimi, indiki Sabir adına sovxoz lap “körpəliyindən “ onun gözləri qarşısında “boya-başa catıb” .Mirqasım əmi yeni əlifbadan dərs kecməsə də o, öz şəxsi təşəbbüsü ilə oxumağı öyrənib. Bircə gün gündəlik mətbuatı oxumasa, gözlərinə yuxu getməz.Mirqasım əminin uşaqlarının ikisi tibb işçisidir. Mirkazım rayon sanitart epidomoloji stansiyalarında işləyir.Mirqamət isə rayon mərkəzi xəstəxanasında baş həkimin muavinidir. Mirfazil və Fətulla Azərbaycan Xalq Təsərrüfatı inistitutunu bitirib. Mirfazil rayon daxili işlər şöbəsində, Fətulla isə rayon XDS içraiyyə komitəsində işləyirlər. Ənvər Politexnik inistitutunu bitirib partiya işinə irəli cəkilib. Sabir adına sovxoz partiya komitəsinin katibidir. Sitarə isə müəllimədir V.İ. Lenin adına APİ-ni bitirdikdən sonra doğma kəndində calışır. Qəndifə və Səfurə isə ailə qurublar, sovxozda calışırlar.Mirqasım əminin xasiyyəti elə bil , uşaqlarına da sirayət eləyib. Övladlarının hamısı öz iş yerlərində nümunəvi davranışı və əməksevərlikləri ilə nünunə göstərirlər.Seyidəliyevlər ailəsi xoşbəxt və firavan həyat sürür. Bəli, Azərbaycanda Sovet hakimiyyətinin qurulması ailələrə beləcə səadər bəxş etmişdir.

 ( Birlik, 28Aprel 1983-cü il,№51)