Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Ölkəmizdə gənc nəsilin estetik tərbiyəsində misilsiz qayğı göstərilir, onların hərtərəfli inkişafına çiddi diqqət yetirilir.Uşaqların musiqi təhsilinə diqqət bu qayğının parlaq təzahürüdür. Hazırda  rayonumuzda  yeddillik  musiqi  məktəbi fəliyyət göstərir. Məktəb 1969-cu ilən acılmışdı. İndiyədək məktəbin tar, qarmon və pianino şöbələrini 166 nəfər şagird bitirmişdi. Onların bir qismi respublikamıın ayrı-ayrı şəhərlərindəki orta ixtisas musiqi məktəblərində, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun musiqi şöbəsində, Azərbaycan Dövlət İncəsənət Inistitutunda təhsilərini davam etdirirlər.İndi rayon yeddillik musiqi məktəbində 184 nəfər şagird musiqi təhsili alır. Onların təhsili ilə 23 nəfər ixtisaslı müəllim məşğul olur. Müəllimlərimizdən Musa Musayev, Mirzə Əzimov, Şuriyyə Məlikov, Janna Jarova, Yeganə Xəlilova, İradə Məmmədova səylə calışır, şagirdlərə musiqinin incəliklərini həvəslə və ilhamla öyrədilər. Sevindirici haldır ki, onların şagirdləri ayrı-ayrı yarış və musabiqələrdə diqqətəlayiq yerlər  tuturlar. Məsələn,“Bahar-83” devizi altında kecirilən respublika uşaq musiqi məktəbləri şagirdlərin baxış-musabiqəsində şagirdlərimizdən pianino şöbəsi üzrə Yeganə Mustafayeva və tar ixtisası üzrə Tərlan Məmmədov Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Fərmanı ilə təltif olunmuşlar.Biz şagirdlərə təkcə musiqi vərdişlərini öyrədilməsi ilə kifayətlənmir, müntəzəm olaraq dünya musiqi xəzinəsinin numunələri, məşhur musiqi xadimlərinin həyat və yaradıcılığı ilə onları tanış edirik. Bütün bunlar şagirdləri dünya görüşünün artmasına böyük fayda verir.

( Birlik, 19 Yanvar 1984-cü il,№9)