Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Mart ayının 24-dən 31-dək uşaq və gənçlər ücün kitab həftəsi kecrilir.Həftə böyüməkməkdə olan nəsli ideya-bədii və estetik cəhətdən uşaqları tərbiyə etmək, uşaqları ədəbiyyata çəlb etmək, onların mütaliəsini istiqamətləndirmək məqsədilə aparılır.Kitab həftəsinin tədbirləri rəngarəg və maraqlıdı. Kitabxanalarda yeni sərgilər təşkil edilir, disputlar, ədəbi müzakirələr kecirilir. Müəllimlər, Böyük vətən müharibəsi iştirakcıları, əmək veteranları, incəsənət işciləri həftəyə dəvət edilir, bədii özfaliyyət dərnəkləri üzvlərinin ifasında ədəbi qiraətlər kecirilir. Şəhər mərkəzi kitabxanasında, Ləngəbiz, Ağabəyli, Yenilik, Sarvan, Göydəlləkli, Ağalarbəyli kənd kitabxanalarında kecirlən tədbirlər daha maraqlıdı. Həmin kitabxanaların işciləri oxucuları yeni çapdan cıxmış əsərlərlə yaxından tanış edir, gənc nəslin maraq dairəsini daha da genişləndirirlər. Kitabxanacılardan Əminə Eyyubova, Soltan Haçıyev, Şamama Mahmudova, Fəridə Ağayeva, Sevinc Əhmədova, Roza Qarayeva, Firəngiz Mehdiyeva və başqaları tədbirdə xususilə fərqlənirlər.Kitab həftəsində “ Ədəbiyyatın tərbiyəvi təsir qüvvəsi”, “Hansı kitab qəhrəmanlarını sevirsən?”, “Kitablar aləminə səyahət”,“Pozeya və gənçlik” movzularında edilən söhbətlər, tematik səhnəciklər, sual-cavab dəqiqələri maraqla qarşılanır. Ədəbi viktorinaların təşkili oxucuları daha da fəallaşdırılır.

( Birlik,27 Mart 1984-cü il,№37)