Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Şair Məmməd İsmayılın yaradıcılığı ilə 15 ildən artıqdır ki, tanışam. Onun” Axşamlar, səhərlər”, “Söz vaxtına  cəkər”,  “Hələ yaşamağa dəyər” və sair kitablarını həvəslə oxumuşam.Bu yaxınlarda M.İsmayılın “Döyüş-qələbə” şerlər və poemalar kitabı məni sehirlədi.Kitabdakı bəzi əsərləri dönə-dönə oxudum, həmsöhbət oldum. Mən öz təəssüratımı şairin” Ömrümə” şeri ilə başlamaq istəyirəm. Həmin şerdə oxuyuryq:

            

                                        Məmməd, qalıb gör nə gündə bu dünya,

                                        Möhlət verməz bircə gün də bu dünya.

                                        Milyon ildi öz kefində bu dünya.

                                        Hayıf sənin,hayıf mənim ömrümə.

   Bu misralar duyan bir ürəyin səsidir,insana təsəllidir, mənəvi dayaqdır. M. İsmayılın şerlərində şəxsi tele ictimai idealar səviyəsinə qaldırılır. Özü demişkən:“Bu kitabda taleyimi oxuyacaqsan, bir də təkcə mənim taleyimi?” Xeyir, bu kitabda toplanan bəzi şerlər, həmcinin “Elci qayıtdı” lirik poemasını ön sözü olduqca ibrətamizdir.

   “Kecənlərin sirr sandığı” şeri bədii təsvir boyaları ilə secilir. Şerdə gecənin təşbehi belə səçiyyələndirilir:

                                          Gecələrin ölüm ilə qohumluğu var.

                                          Pis iş görmüş adam kimi üzü qaradır.

 “Bizim icimizdə sukut yaşayır”, “Əmanətim var”, “Gecələr xəyalən kəndə gələrəm”, “Baxır kim tələ-

sir”, “Yaşayardı”, “O, qız öz-özünə məktublar yazar”, “Sənin nə vecinə a Tərtər cayı” və sair şerlər bitkin lövhələrdi,insan haqqında şair narahatlığıdır.Şair bir şerində muasir dövrün narahatlığını belə ümümiləşdirir:

                                        

                                            İsgəndər dərdini quyuya acdı,

                                            İndi sirr acmağa quyu da yoxdur.

 

   M.İsmayılın yaradıcılığında kədər motivləri olsa da, onlar passiv deyil, insanları işığa, ümidə səsləyir. Şair bu barədə yazır:

                                              Ay Məmməd, dünyanın zaman köcü var,

                                              Bir damla ümiddə yüz dağ gücü var,

                                              Darıxma, hər şeyin tezi-geci var,

                                              Hər kəsin qisməti özünə düşər.

 

   Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm.Əksəriyyət  şer kitablarını vərəqləyəndə köhnə, vaxtilə cap olumuşlara cox rast gəlmək olur. Lakin M. İsmayılın “Döyüş-qələbə” kitabında gedən bütün əsərlər təzədir. “Elci qayıtdı” poeması 22 il bundan əvvəl yazılsa da, ilk dəfə cap edilir. Mən bu kitabda xoşum gələn şerlər haqqında qısa söz acdım.Şersevər dostlarıma bu kitabı oxumaqı məsləhət görürəm.

 (Birlik, 3 Aprel 1984-cü il,№40)