Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

-Yoldaş B. Bağıyev, məktəb illərində  “hansı  peşə  yaxşıdır?” mövzusunda  inşa  yazı yazmısınızmı?

-Doğrusu, bu mövzuda inşa yazmağa müharibə aman vermədi.1942-ci ildə orta məktəbi bitirib müharibəyə getdim. Əvvəl Gürcüstanda təlim kecdik. Sonra isə Oryol, Kursk istiqamətində, Kiyev, Xarkov şəhərlərində və başqa şəhərlərdə azğın faşistlərlə  qarşı mərdliklə vuruşduq. Qulluq etdiyim hissədə müxtəlif millətlərin nümayəndələri var idi. Bizim hamımızı müqəddəs bir hiss , Vətən məhəbbəti hissi, düşmənlərə nifrət hissi birləşdirir. Hitlerçilər Moskvaya can atırdılar.O,vaxtlar panfilovcuların komandiri  siyasi rəhbər Vasili Klackovun dediyi bu sözlər dilimizin əzbəri idi: “Rusiya böyükdür, ancaq geri çəkilməyə yer yoxdur-arxada Moskva durur”.Belə də oldu.Ölüm-dirim mübarizəsində geri çəkilmədik ,hətta onda Musa Çəlilin bir mahnısını da oxuyurduq.

                 Dostum, həyatımız bir qığılcımdır

                 Bu zəfər  yurdunda parlarıq biz də

                 Biz bir gün ölsək də eh,nə eybi var

                 İşıqlar gur yansın vətənimizdə

    -Kimi özünüzə müəllim hesab edirsiniz? Sovet adamının borcu barədə nə deyə bilərsiniz?

    -Həyat ən böyük müəllimdir. Həm də mənim müəllimim atam, anam ,bir də yaxşı adamlar olublar. Qaldı o biri suala, Sovet adamının borçu hududsuzd

ur. İnsanlara, digər peşələrdə şüurlu hörmət də, insana kömək göstərmək və sənə edilmiş yaxşılıq ücün təşəkür etmək də, sənə verilmiş yaxşı rəyə layiq olmağın özü də borcdur. Borc bir qanun kimi təklif olunmur. Ançaq borç anlayışında belə bir məsələ aşkar olunur ki, insan cəmiyyətdə başqa adamlar haqqında düşünmədən, onların mənafeylərinə əhəmiyyət vermədən, yalnız özünün xeyrini və  mənfəətini güdən  xüdpəsənd kimi hərəkət etməklə yaşaya bilməz.

  -Xaqani adına savxozda başçılıq etdiyiniz süd-əmtə fermasında işlər neçə gedir?Peşənizi sevirsinizmi?

   -Bu suallar

  -Siz 1947-ci ilin təsərrüfat yekunlarına görə yüksək ada: Sosiyalist Əməyi Qəhrəmanı adına layiq görülmüsünüz. Bu xəbəri ilk dəfə eşidəndə hansı hissləri kecirirdiniz?a bir çavab verərdim:peşəyə vurğunluğ müvəffəqiyyət qazandırır. Mən öz peşəmi ürəkdən sevirəm.Otuz ilə yaxındır ki, maldarlıqla məşğul oluram, hər il də işimiz yaxşı olur. Elə götürək bu ili. Dövlətə illik ət, süd, yumurta,satışı planlarına vaxtından əvvəl və artıqlaması ilə əməl edilmişdi. İstehsalatda müvəffəqiyyət qazanmaq istəyən bir az gec yatıb, tez oyanmalıdır.

-Yüksək taxıl məhsulu əldə etdiyimizə görə bir qurup qabaqcıla Vətənin yüksək mukafatları verildi.İlk  dəfə bu xəbəri kolxoz idarəsində eşitdim. Onda sevinçimin həddi-hüdüdu yox idi. Həmin günü nə vaxt yadıma səlıramsa, özümdə yeni bir qüvvə, yeni bir həvəs duyuram.Əməyimə verilən yüksək mukafata görə partiya və hökümətimizə həmişə minnətdaram!

    -Siz rayon partiya komitəsinin plenum üzvü, Qəşəd kənd Sovetinin deputatısınız. İçtimai qayğılarınızda coxdur. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

    -Düzü, boş vaxtım olmur. İşləməsəm darıxaram.Ançaq elə ki, asudə vaxtım olur, ailə qayğıları ilə məşğul oluram. Yeri gəlmişkən deməliyəm ki, həyat yalnız şəxsi xoşbəxtlik və ya bədbəxtlik deyildir. Bu, hər şeydən əvvəl, çəmiyyət qarşısında bizim borcumuzdur, çünki ailə dövlətimizn özəyidir. Buna görədə dövlətimizin möhkəmliyi ailələrin möhkəmliyi ilə əlaqədardır. Oğlum Rafiq ali təhsil alıb,üc  nömrəli şəhər orta məktəbində müəllimdir.Gəlnim Xoşbəxt pedaqoji inistitutun  ücüncü kursunda qiyabi təhsil alır.Nəvələrim Taleh və Turan hələ körpədr.Oğlu-mun “jiqulisi” ilə hərdən bir gəzməyə çıxırıq.

  -Həyatda ən böyük arzunuz nədir?

  - Ən böyük arzum sülhdür!

  ( Birlik, 7 Noyabr 1984-cü il,№131)