Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Həmyerlimiz, istedadlı şair Oktay Şamilin bu yaxınlarda “Yazıçı” nəşriyyatında capdan cıxmış “Girdimandan gələn səs” şerlər kitabı oxucularla onun ikinçi görüşüdü . Oktay Şamilin şerlərində lirik “mən” in mənəvi aləmi fikirləri vastəsilə bu günümüzə və sabahmıza ürək cırpıntılarını ifadə edir. İnsanların səadətinə calışmaq, şərəfli ömür yaşamaq, musir həyata fəal münasibət, bəzən xırda bir detalda, adi həyatı bir hadisə, təzə məna, muasir ictimai-siyasi mətləb tapmaq, bəzən də hamıya tanış olan bir mövzunu oxucuya təzə poetik duyğu ilə, yeni düşüncə  və hisslə aşılamaq Oktay Şamil yaradıçılığına xas olan xususiyyətlərdir.Kitabda toplanmış şerlər yığçamlığı və konkretliyi ilə secilir. Misralar arasındakı ahəngdarlıq, məzmunla forma uyarlığı oxu-cunu cəlb edir, düşündürür:

Mən neytral sularda

Bir balıqcı gəmisiyəm,

Dayanacağım, duracğım yox,

Dünyada hec nədən

Umacağım yox

Bir parca torpaq

Verin mənə

Torpaqda öləsiyəm

    Təkcə təhkiyəsi, şirin və oynaq ifadə tərzi yox, Oktay Şamil şerlərinin məzmun,qayəsi də maraq doğurur. Cünki o, movzularını həyatın tipik və səciyyəvi hadisələrindən alır, insanın ana torpağa bağlılığını, əzəmtli quruçuluğ işlərini  səmimi və aydın bədi rənglərdə təsvir edir, obrazın fikir və düşüncə aləmini, duyğularını acır, onun içtimai siyasi hadisələrə, gercəkliyə münasibətini göstərir. Buna görə də şairin “Bakı”, “Salam Biço”, “İşıqları yandırın” ,“Kür axır”,“Zərdab”, “Şamaxı”, “Mənim fəhlə əllərimə”, “Bayılda nəğmə” şerləri muasirlərimizin əmək coşğunluğuna, insanın gözəllik və sadət axtarışlarına məhəbbətin ifadəsi kimi səslənir. Ümumiyyətlə Oktay Şamlin lirik “məni” yeniliyi duyan və dərk edən, fikrən oxucu ilə biləşən muasirimizdir, hərtərəfli inkişaf etmiş insandır, hiss düşünçəsi, əməl və arzusu ilə el-obaya, doğma xalqa bağlıdı. Buna görə də o, xalqdan ayrı düşməyi, içtimai məna daşımayan fəaliyyəti, həyata yük olmağı bir fərdi daxili böhran və faciəsi hesab edir, ömrün mənasını xalqın həyatında tapır.Öz uzaq mənzilini əvvəlçədən təyin edən sənətkar inamlı olur. Oktay Şamilin yaradıcılığında bu inam ilk baxışdan qabarıq görünür.O,şerdən -şerə inamla addımlayır. Gurultulu, şan-şöhrətdən uzaq. Dəbdəbəli, boğazdan yuxarı təriflərdən uzaq.

                                                   Genişlik görürəm yenə içimdə.

                                                    Səhralar, dəryalar, düzənlər kimi.

             

                                       Genişlik var olsun,bu çür bicimdə

                                                    Payız vüqarlı olur sındırmaz özünü,

                                                    Kimsəyə düşsədə işi

                                                    Yol gedər kirimiş, pay-piyada,

                                                    Ah, qaraqabaq payız.

                                                    Qaraqabaq kişi.

   İnsanın qəlbən, ruhən, mənən təmiz duyğulara yaşamasına çağırış kitabdakı əksər şerlərin ruhunda vardır:

                        

                             Ana südündən gərək gələ qeyrət.

                                                     Ata belindən gərək gələ.

                                                     Qeyb oldumu ,axtarma

                                                     Qeyrət tapılmaz hələ-hələ.

   Dağ nə qədər uçadırsa, onun təməli, yeri, qoynunda  o qədərdə də dərindir. Ağaç uca qalxdığı qədər də torpağıın təkinə dərin işləyir. Uçalıq və dərinlik. Kitada toplanmış şerləri oxuduqça hiss edirsən ki, bu məfhum həmişə şairi düşündürür:

          

                                           Viçdanımı həmişə ayrı gəzdirmişəm,

                                                     Pasport kimi.

                                                     Dünyanın,

                                                     Olub -olaçağına atmamışam.

   Kitabda yumor hissi ilə yazılm

                                                      Qoy sevinməsin yerliçilər,ış şerlər də diqqəti çəlb edir Qurub-yaradan adamların arasında tək-tək də olsa özünə dolayı yollarla “gün ağlayanlar” şairi narahat edir. “Böyük adam” ,“Kidi dünya”,”Sabir sayağı”  və başqa şerlərində belə adamlar çiddi tənqid edilir.

                                                      Yerli yerlini çəkəndə

   Yer kicilər,-deyən şair nə vaxtsa elədiyi xırda bir yaxşılıqdan cox şey uman belə tiplərə deyir:

                                   Sən elə böyük”yazvasan” ki,ölərəm yazmasam.

   Kitabda toplanmış sevgi şerlərində də uça, yuksək və nəçib duyğular əsasdır, Böyük, təmiz və ülvi məhəbbət yaxşı adamların ürəyində doğur. Şair ücün sevmək həyatı, insanları, bəşəri sevmək deməkdir:

                                                       Sevgilər qərib-qərib

                                                        Sevənlər inçə, zərif.

                                                        Sevgini insanlara

                                                        Təbiət pay göndərib.

    “Girdimandan gələn səs” bütov halda güclü, maraqlı kitabdır.Bu onu subut edir ki, həmyerlimiz, istedadlı şair Oktay Şamil uğurlu yaradıçılığ yolundadır. İnanıriq ki, onun növbəti addımları daha uğurlu olaçaqdır. Kitaba ön söz yazmış şair Fikrət Qoçanın dediyi kimi,“Oktay Şamil  hələ ən gözəl əsərlərini” yazmayıb. İnanmaq istərdik ki, o əsərlər yazılacaq. Biz oxuçular da oxuyub : -- Ümidimizdə yanılmamışıq, --deyəçəyik”.

 (Birlik, 29May 1984-cü il,№62)