Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016
Sevgi ürəkdəki incə duyğudu,

Həsrəti göz sala ruha,yaxşıdır.

Sevginin qiyməti qızıldan baha

Qızıl yox, ömürdən baha, yaxşıdır.



Sevgidir hakimi sədaqətin də,

Sevgidir yolcusu səadətin də,

Sevgisis həyatın, imarətin də,

Yaşamaqdan, ucuq kaha yaxşıdır.



Sevgi bir ömürdür, adi hiss deyil

Can şirindir, sevgi ondan pis deyil.

O qaynar bulaqdı, çansız, süst deyil,

Həmişə çağlayıb axa yaxşıdır.



( Birlik,28 Yanvar 1984-cü il,№13)