Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

“İrs” folklor ansamblı bir necə gün rayonumuzda olmuş, əməkçilər qarşısında maraqlı proqramla çıxış etmişdir. Ştatdankənar muxbirimiz ansanbılın bədi rəhbəri Rəşid Nəsiboğlu ilə görüşüb ondan müsahibə almışdır:

-Rəşid müəllim, ansamblınız nə vavt yaradılıb və ansanbılın yaradılmasında məqsəd nə olmuşdur?

 -“İrs” folklor ansanbılı 1981-ci ildən fəaliyyət göstərir. Göründüyü kimi, hələ cox gəncdir. Amma az vaxt içərisində xeyli pərəstişkar toplayıb. Məlumdur ki, az vaxt içərisində xalqımız zəngin ədəbi və musiqi irsinə malikdir. Şifahi xalq ədəbiyatımızın heyrətamiz inçiləri vardır. Onları üzə çıxarmaq,xalqımıza tanıtmaq vaçibdi. Ansambılımız unudulmuş xalq  mahnı və rəkslərini, holoavarları, toy mərasimi mahnılarını, bir sözdə, xalqımızın qəlbindən süzülüb gələn musiqi nümunələrini toplayır və tətbiq edir.

-Deyəsən musiqi a

-Başa düşdüm, ansambılınızın üzvlərinin çaldığı alətlər də bir növ unudulmuş alətlərdi. Ud, cahartar, rübab, tütək, mazmar, ney, balaban bir ansamblda yaxşı səslənir və ürəyə yatan ahəng yaradır.lətləriniz də.

-Qastrol konsertlərimiz haqqında bilmək yaxşı olardı.

 -Ölkəmizin müxtəlif şəhərlərində müvəffəqiyyətlə çıxış etmişik. İtaliya səfərimiz isə daha yaddaqalandır. Əlbəttə, böyük musiqi beşiyi olan Romada, Klapolda tamaşaçıları razı salmaq asan deyil. Amma yerli qazetlərin və tamaşaçıların haqqımızdakı xoş sözü bizi qanadlandırırdı.“Su gəldi”, “Əylən gəlin”, “Xınayaxdı” musiqi nömrələri italyanlar tərəfindən alqışlarla qarşılandı. Solist Mələkxanım Əyyubovanın zəhmətini ayrıça qeyd etmək istəyirəm.

 -Yaradıçılıq planlarnız necədir?

 -Kollektivimiz daim axtarışdadı.Biz tez-tez respublikamızın rayonlarında olur, ağsaqqal və ağbirçəklərimizlə görüşür, yeni nümunələr toplayırıq. Çox maraqlı tapındı əldə etmişik.Şah İsmayıl Xətai dövrünün –XV əsrin axırı, XVI əsrin əvvəllərində aid xalq mahnı və rəkslərini, şənlik mərasimi mahnılarını toplamışıq. Onları repertuarımıza daxil etmək ücün hazırlayırıq.

 -Rayonumuzun əməkcilərinə arzularınız?

 -Yüksək nailiyyətlər və can sağlığı, bir də topladıqları folklor nümunələrini bizə göndərsələr yaxşı olar.

 ( Birlik,1 Dekabr 1984-cü il,№142)