Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Bir vaxt Ağsuçay sahilindən birinci dolayadək yamac boyu şam meşəciyi salınmışdı.İndi həmin yaşıllıqdan “Ağsu”restoranının və benzindoldurma məntəqəsinin ətrafında beş-altı ağac qalıb.Meşəcik mal-qoyun tapdağı  altında məhv oldu.Aşrımdan baxanda Ağsu şəhəri ovuc içi kimi görünür. Üç-dörd binanı çıxsan şəhərdə diqqəti cəlb edən ağac -lardır. Ağ,çəhrayı paraşüt çətri kimi açılmış alça, şaftalı ağacaları, göyə millənən əbrüşümlər, mərkəzi xəstəxa -nanın  həyətindəki  sərv, Azərbaycan küçəsindəki cavan çinarlar və s. Elə ağacalr var ki, onlar bir şəhərdən, kənddən az məhşur deyildir. Kalva kəndindəki  “Əyri tut”, Gürcüvandakı “Xanbulaq qovaqları”, Nurandakı armudluq, Dilmandakı qoz ağacları, Qaraqoyunludakı salxım söyüdlər, Pirhəsənlidəki qoşa söyüd və s.  Şəhər canlı bir orqanizmə  bənzədilsə onun ciyəri yaşıllıqdır.Elə yerlər var ki orada ağac yetişdirmək, bağ salmaq əsil prablem olub. Məsələn, Bakı şəhəri.Bizim Ağsuda isə yaşıllıq prablemini həll etməkdən ötrü təkcə o lazımdır ki,ağac əkib onu vaxtlı-vaxtında suvarasan.Ancaq çox vaxt biz bu sadəcə işi görməyə ərinirik. Lenin küçəsi şimaldan cənubadək şəhərimizi yarıya bölür. Bu küçənin bir hissəsi yaşıllıqdır. Ancaq Qalalı dəyirmanından üzü yuxarı Qazanarxınacan ağac deyilən şey gözə dəymir.M.B.Qasımov adına kolxozun iqtisdçısı  Müsüm Məmmədovun darvazasının ağzındakı dörd çinardan başqa. Artıq pəhləvanlaşmış bu çinarların kiçik çubuğunu Müslüm özü basdırıb, qoruyub, böyüdüb.Əgər bu küçənin bütün sakinləri hərəsi oz darvazasının ağzına iki-üç ağac əkmiş olsaydı, indi küçə yaşıl tunelə çevrilərdi.Bu bir yana, hətta evləri də var ki, ağacları öz mallarından, qoyunundan qorumağı lazım bilmir. Elə kecən il  Ağsu şəhəri emblemindən üzü aşağı əkilmiş  körpə şamlar bu qayğısızlığın qurbanı olmadımı?Ağaclara, təbiətə qayğısızlıq cox yerdə müşahidə olunmaqdadır.Bizim səfalı, təmiz havalı, sərin sulu, qonaqpərvər dağ kəndlərimizə-Gürcüvana, Nuydiyə, Nurana, Kalvaya yolum düşəndə bir mənzərə həmişə ürəyimi ağrıdır.Az qala bütün həyətlər küçə kənarları ağac çəpərlərdə hasarlan -mışdır. Guya müasirlik, səliqə- sahman əlamətidir.Yox, əsla bu belə deyil. Axı, bu çiğ-çəpər xatirinə ağac kimi böyümək istəyən minlərlə cavan, pöhre zoğu məhv etmək insafa sığan şey deyildir.Axı bu insanın öz-özünə, öz sərvətinə qəsd, etməsi bütöv bir meşəni sıradan çıxarması deməkdir.Təəssüf -lənirsən ki, niyə həmin sovxozların rəhbərləri, partiya sovet işçiləri, xalq nəzarətçiləri, komsomolçular bu açıq  ziyankarlıq  hərəkətinə  qarşı mübarizə aparmırlar. Adamları bu dəhşətli “moda azarından” çəkindirmirlər.

 
 Bu sətirləri yaza yaza mən yenə də keçmiş müəllimimin laqeyd soyuq təbəssülü üzünü  görürəm.

  -Ağacı kəsərlər də!

  O vaxt mən ya təcrübəsizliyə ya yorğun və ac halda anamın süfrəsinə tələsdiyimə yaxud da müəllimimin böyüklüyü qarşısında ədəb gözlədiyimə görə bu sözləri cavabsız qoymuşam.Ancaq bu gün tam niyyətlə deyirem;

  -Ağacı kəsməzlər, müəllim!Ağaclar bizim dostumuzdur.Onlar öz misilsiz gözəllikləri ilə bizləri sevindirir qəlbimizi fərəhlə doldurur, hər cür dadlı meyvələr ilə ağzımızı ləzzətə gətirir yaşadığımız torpagı münbit,udduğumuz havanı təmiz, içdiyimiz suyu bol edir.Qışımızı mülayim, yayımızı sərin edən ağaclardır.Ağaclar fədakar dost kimi insana tuşlanan hər bəlanın qarşısına özlərini sipər edirlər.Ağaclar zərərli tozları, qazları udur,dağların küləklərinin önünü kəsirlər.Ağacları sevsək, yaşatsaq, çoxaltsaq, meşələri, bağları,qorusaq genişləndirsək təbiət bizim ixtiyarımızda olar.

(Birlik,14 Avqust1980-ci il,№96)