Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016

Şirvan torpaqlarının su ilə təchiz edilməsi,şoran sahələrdə meliorasiya aparılması işləri rayonumuzun ərazisində getdikcə geniş vüsət almaqdadır. Bu vəzifələrin yerinə yetirilməsində  3 nömrəli Səyyar Mexanikləşdir- ilmiş  Dəstənin fəhlə və qulluqçuları gərgin iş aparırlar. Dəstənin fəaliyyətinin, plan və öhdəliklərə necə əməl edilməsini mətbuat  səhifələrində işıqlandırmaq,onların qayğı və təkliflərini  geniş auditoriyaya çatdırmaq məqsədilə “Birlik”qəzeti redaksiyasının nəzarət postu yaradılmışdır.Postun sədri qəzetin əməkdaşı CAMULLA  MÜRŞÜD, üzvləri  SMD-nin partiya təşkilatı katibi FAİQ KƏRİMOV, komsomol təşkilatı katibi MİRƏHMƏD KAZIMOV  və dəstənin “İNŞAATÇI”  divar qəzetinin redaktoru GÜLŞƏN ƏLİYEVADIR. 
Aşağıda nəzarət postunun obyektdən birinci məktubunu dərc edirik:

Şəhərin qərb tərəfində bir neçə tikili diqqəti cəlb edir.iki mərtəbəli,çox mənzilli binalar,inzibati idarə binaları,qaraj və təmir emalatxanaları,inşası davam etməkdə olan müxtəlif obyektlər yan-yana düzülmüşdür.Biz əvvəlcə dəstənin rəisi Rüstəm Hüseynovla görüşüb məqsədimizi bildirdik.O inşaatçıların ucaltdıqları tikintilərə iftixarla baxıb dedi:

-Meliorasiya və suvarma şəbəkələrini daha da genişləndirmək üçün ilk növbədə fəhlə və qulluqçuları mənzillə təmin etmək başlıca vəzifədir.Buna görə də biz ümumi yataqxana və ailəvi yaşayış mənzilləri  tikmək üçün böyük əmək sərf edirik.İndiyə kimi 4 ümumi yataqxana tikilib istifadəyə verilmişdir ki,burada 100 nəfərə yaxın işçi yaşayır.12 mənzilli bir yaşayış binasına ailələr köçmüş və başqa 12 mənzilli bina işçilər arasında bölünmüşdür.bundan başqa yaxın vaxtlarda 12 mənzilli bir binanın  tikintisi də başa çatacaqdır.Biz təzə binaya köçənlərin  yaşadıqları otaqlara nəzər yetirdik, onlarla fərdi söhbət etdik.Çalışqan betonçu Paşa Qəmbərov  üçotaqlı mənzil  almışdır.Söhbət  zamanı o idarənin rəhbərlərinə öz minnətdarlığını bildirdi. Fəhlə və qulluqçulardan Şirvan Zöhrabovun,Raqib Şərifovu, Abbas Paşayevin  və başqalarının mənzilləri geniş və rahatdır.Bütun otaqlara qızdırıcı batareyalar qoyulmuş elektrik işıqı,su və kanalzasiya xətləri çəkilmişdir.Yaşayış binalarına gələcəkdə radio və telefon xətləri çəkilməsi nəzərdə tutulmuşdur. İnşaatçılar üçün geniş və işıqlı yeməkxana və bufet –çayxana tikilib istifadəyə verilmişdir.Yaxın vaxtlarda qarışıq mallar mağazası da onların ixtiyarına veriləcəkdir.Melioratorlar şəhərciyi ildən- ilə genişləndiriləcəkdir.Burada təqribən 400 yelik klub binası və uşaq bağçası tikilməsi planlaşdırılmışdır.3 nömrəli SMD-nin fəhlə və qulluqçularının qayğı və narazılıqları da vardır.Belə ki, rayon mərkəzi ilə əlaqəni daha da yaxşılaşdırmaq üçün nəqliyyat çatışmır. Mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi üçün lazımi  şərait yoxdur.Qırmızı guşənin işini daha da canlandırmaq, partiya və hökümətimizin qərar və göstərişlərini inşaatçılara vaxtında çatdirmaq təxirəsalınmaz vəzifələrdəndir.

(Birlik,29 Mart 1980-ci il,№39)