Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016

Bu misraları rayon mədəniyyət evinin fəal üzvü Natiq Ağayevə həsr  etmişəm. Natiq Kiçik  yaşlarından musiqiyə böyük həvəs göstərmişdir.Bu həvəs onu rayonda fəaliyyət göstərən musiqi məktəbinə çəkib aparmışdır. Natiq iki ildir ki,rayon musiqi məktəbinin tar şöbəsini bitirmişdir. Hazırda rayon mədəniyyət  evində fəaliyyətdə olan “Qönçə” ansambılının ən fəal üzvüdür.Natiq tar çalmağla yanaşı, həmçinin bir neçə başqa musiqi alətlərində ,məsəslən ,gitarada və qarmonda çalmağı da bacarır.Lakin gitara çalmağa həvəs onda daha çoxdur.Elektrogitara!Bu söz hamıya yaxşı  məlumdur.Lakin elektrogitarada çalmaq,onun tellərini  dindirməyi bacarmaq heç də asan deyildir.Lakin Natiq bu alətdə çox həvəslə çalır,onun bütün sirlərini qavramışdir.                                                                                                        Elektrogitarada Natiqin ifasında səslənən “Yanıq kərəmi”,”Sarı bülbüllər”,”Qəşəngdir” və başqa musiqi nömrələri rayon və kənd zəhmətkeşləri tərfindən hər zaman surətli alqışlarla qarşılanır.

(Birlik,14Fevral 1980-cı il,№20)