Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016

Mərkəzləşmiş sistemə keçdikdən sonra  rayon mərkəzi kitabxanası əhalinin kitaba olan marağını ödəmək üçün böyük inkanlara malik olmuşdur. Kitabxanada elimi-metodiki xidmət, vahid kitab fondu, komplektləşdirmə və uşaq şöbələri yaradılmışdır.Kitabxananın vahid mərkəzdən kitabişləmə və komplektləşdirmə  şöbəsi tərəfindən kitabla  komplektləşdirilməsi . ayrı-ayrı şüar və plakatların,tarixi günlərə aid başlıqların sistemdə olan rəssam tərəfindən işlənməsi kitabxanaçıların sərbəst vaxtının çox olmasına imkan verir. Bu isə oxuculara maksimum mədəni xidmət göstərmək üçün şərait yaradır. Mərkəz -ləşmiş sistemdə yaradılan məlumat aparatı,yəni kataloq və kortetekalar sistemdə oxuculara lazımi ədəbiyyatı seçməkdə və məlumat axtarışında böyük köməklik göstərir.Bütün bunlarla yanaşı nöqsanlarımız da az deyildir. Mərkəzləşmiş sistemin kitabxanalarının maddi-texniki bazası hələ də zəifdir. Mərkəzi kitabxananın elmi-metodika və vahid kitab fondu şöbələrinin ayrıca iş otağı yoxdur.Halbuki işin xüsusiyyəti bu şöbələr üçün ayrıca otaq olmasını tələb edir.Şəhər  uşaq kitabxanası,Gəgəli,Qəşəd,İlxıçı və başqa kənd kitabxana filialları isə tamamilə yararsız binalarda yerləşdirilmişdir.Əhalini kitabxanaya cəlb etmək üçün kitab təbliğinin mütərəqqi formalarından zəif istifadə edilir.Ədəbi- bədii gecələr,oxucu konfransları,disputlar və s.demək olar ki,yox səviyyəsindədir. Sov.İKP XXVI və Azərbaycan KP XXX qurultayları mədəni-maarif işçiləri ,xüsusilə kitabxanaçılar qarşısında mühüm vəzifələr qoymuşdur.Partiya və hökumətimizin qərarlarını zəhmətkeşlərə hərtərəfli çatdırmaq, oxucuların zövqünü oxşayan və günün tələblərinə cavab verən yüksək ideyalı əsərləri təbliğ etmək bizim borcumuzdur.

 (Birlik,30 İyun 1981-ci il ,№76)