Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016

Yenilik kənd kitabxanasının fəaliyyətə başladığı vaxt o qədər də çox deyildir. Lakin kitabxana qısa bir müddət ərzində öz işini günün  tələbləri səviyyəsində qura bilmişdir. Məhz görə də kitabxana kənd  zəhmətkeş- lərinin ən çox sevdikləri yerlərdən biridir. Gənc olmasına baxmayaraq, kitabxanaçı Şamama Mahmudova öz işinin öhdəsindən bacarıqla gəlir.Şamama səyyar xidməti də unutmur.O,"Pravda"sovxozunun tarla düşərgəsində kitab bağlamaları ilə tez-tez görünür. Onun qırmızı  guşədə  təşkil etdiyi "Sov.İKP XXVI və Azərbaycan KP XXX qurultaylarının qərarlarını öyrənirik!", "Ağsu üzümünün bu günü və sabahı", "Yeni kitablar" sərgiləri sovxoz fəhlələrinin çox  xoşladıqları  guşələrdir. Buradakı kitablar vaxtaşırı olaraq yeni kitablarla əvəz olunur. Gənc kitabxanaçı gündəlik mətbuatın da tarla düşərgəsində oxunuşunu  təşkil  deir. O çalışır ki,  əməkçilər  istirahət  saatlarını daha yaxşı və səmərəli keçirsinlər.

(Birlik,23 İyul1981-ci li ,№ 86)