Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016

Bu yaxınlarda yazıçı Cəlal Bərgüşadın "Siyrilmiş qılınc" kitabı çapdan çıxmışdır.Roman 30 ildən artıq bir dövrdə ərəb xilafətinə qarşı qəhrəmancasına mübarizə aparan Azərbaycan xalqının igid sərkərdəsi Babəkə həsr olunmuşdur. Əsər canlı  xalq dilində yazılmışdır. Romanda yeri düşdükcə  çəkilən zərbi-məsələlər və atalar sözləri onun bədiiliyini artırır. "Siyrilmiş qılınc" romanında odlar  yurdu  Azərbaycanın mənzərəsi, onun  incəsənəti və sənətkarlığı  təbii boyalarla əks etdirilmişdir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.C.Bərgüşad  bu əsəri ilə xalq sərkərdəsi Babəkə doğma yurdumuz Azərbaycanda  əbədi bir abidə ucaltmışdır.

( Birlik, 26 May 1981-ci il№61)