Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016
Bu yaxınlarda "Elm" nəşriyyatı Azərbacan SSR EA coğrafiya institutunun əməkdaşı X. Həsənovun "Təbiət və hikmət" kitabını çapdan buraxmışdır.Müasir dövrdə təbiətin mühafizəsi,ona məhəbbətin zəruri olduğu böyük əhəmiyyət kəsb edir.Kitabçada toplanmış təbiətlə bağlı olan atalar sözləri insanların mənəvi xüsusiyyətlərini əks etdirir.Təbiətlə bağlı olan müdrik sözlər insanı təbiətə bağlayır,onda təbiəti qorumaq,sevmək hissi yaradır.Kitabın müəllifi təbiətlə bağlı olan atalar sözlərini müvafiq mövzular üzrə qruplaşdırmışdır."Meşə elin sərvətidir","Əmək həyatın zinətidir","Dağların yükünü dərələr çəkir", "Su dirilikdir" kimi bölmələr təbiəti sevən hər bir adam üçün maraqlıdır.Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş,sadə və aydın dildə yazılmışdır.

(Birlik,30 İyul 1981-ci il,№89)