Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016
"Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı,müasir inglis yazıçısı Ceyms Oldric öz yeni kitabına belə ad vermişdir. Müəllif öz əsərində Cənubi Azərbaycanda xalqların azadlığı uğrunda demokratik hərəkatın vüsətini əks etdirməyə çalışmışdır.Əsərin qəhrəmanı Mak-Qreqor obrazı yazıçının ustalığı nəticəsində öz dolğun əksini tapmış -dır. Baş qəhrə-man siyasətdə və diplomatiyada humanist fikirlər irəli sürür. Romanı oxuduqca azadlıq uğrunda gərgin mübarizənin şahidi oluruq. Bu kitab müasir beynəlxalq həyatla səsləşir. Cəlal Nuhbalayev romanı Azərbaycan dilinə bədii və oxunaqlı şəkildə tərcümə etmişdir. Əgər bu kitabı oxusanız imperialistlərin fitnəkar üsulları və azadlıq sevən xalqın nümayəndələrinin onlara qarşı mübarizəsi ilə ətraflı tanış ola bilərsiniz.

(Birlik,25 İyul 1981-ci il ,№87)