Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016
Mədəni xidməti yaxşılaşdıracağıq.Kollektivimiz kənd əməkçilərinə mədəni xidməti xeyli yaxşılaşdırmışdır.Biz vaxtaşırı olaraq kolxoz və sovxozlarda olur, əməkçilər qarşısında zəngin repertuarla çıxış edirik.Bu yaxınlarda bir qrup işçimiz Padar-Çöl qoyunçuluq birliyində çobanlar üçün maraql konser vermişdir. İfaçılardan Mahizər Quliyeva, Mütəlli Məlikov,Telman Nəcəfov, Rafi Mərdanov və başqaları daha fəal çıxış etmişlər.Onların ifasında xalq mahnıları və müxtəlif oyun hava -ları səslənmişdir. Mühazirəçilərdən Mehparə Məmmədova, Səadət Əhmədova, Leyla Kərimova və başqaları Sov.İKP XXVI qurultayının qərarlarından irəli gələn vəzifələr haqında ətraflı danışmışlar. Bu günlərdə isə yolumuz "Özbəkistan" kolxozunadır. Biz başqa kolxoz və sovxozlarda da olacaq, mədəni xidmət işini daha da genişləndirəcəyik.

(Birlik,13 İyun 1981-ci il,№ 69)