Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016
Hərbi hissəyyə təzə gəlmişdim.Bir axşam gitaradaçalınan "Azərbaycan oğluyam" mahnısını eşitdim. Sanki yuxudan ayılmış kimi o tərəf, bu tərəfə boylandım və bir əsgərin gitara çaldığını gördüm.Onunla tanış olanda öyrəndim ki,həmin əsgər Ağsu şəhərindən gəlmiş Natiq Ağayevdir. Natiqhələ Ağsu şəhərində olarkən bədii özfəaliyyətlə həvəslə məşğul olmuş, "Qönçə" ansamblında iştirak etmişdir. İndiisə o, doğma respublikamızdan xeyli uzaqda olsa da, sevimli məşğuliyyətindən ayrılmır. Bayram günlərində, istirahət saatlarında o,bizə gözəl havalar çalır. Onun ifasında "Qəşəngdir", "Sarı bülbüllər", "Dalğalar", "Qızqayıt" və başqa Azərbaycan mahnıları gözəl səslənir. Rus,erməni, gürcü,latış, moldav,özbək və başqa millətlərin oğulları da həmişə Natiqə maraqla qulaqa sırlar. Bu yaxınlarda mahnı festival keçirilərkən Natiq ikinci yerə çıxmış, "Zorki" fotoaparatı və fərqlənmə diploma ilə mükafatlandırılmışdır.

(Birlik,22 Sentyabr 1981-ci il, №12)