Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016
Sovet həyat tərzini kitabsız təsəvvür etmək çətindir.Kitab hamının məsləh- ətçisi, sirdaşı və həmdəmidir.Haqlı olaraq xalqımız ən çox mütaliə edən xalq sayılır.Kommunizm quruculuğu dövründə yeni insanın tərbiyə olun -masında, onun dünyagörüşünün formalaşmasında kitabın rolu dur -madan artır.Bu vəzifənin yerinə yetirilməsində kitabxanalar mühüm fəaliyyət göstərməlidirlər.Bunun üçün hər bir kitabxana öz işini günün tələ -bləri səviyyəsində qurmalı,ətrafına geniş oxucu kütləsi toplamalı və onların gücündən geniş istifadə etməlidir. Biz işimizi məhz bu istiqamətdə aparırıq.Kitabxanamızın 1.100 nəfər daimi oxucusu vardır.Təkcə 1981-ci ildə kitabxanamıza 1.200 nəfər oxucu cəlb edilmişdir.Onlar kitabxanamızın sadəcə oxucuları deyil, həm də bizim ən yaxın köməkçilərimizdir.Elə bir tədbir yoxdur ki,onun həyata keçirilməsində oxucularımız iştirak etməsin.Partiyamızın qurultaylarına, sosialist Vətənimizin tərəqqi və inkişafına,yubiley və tarixi bayram günlərinə,görkəmli şair və yazıçılarımızın həyat və fəaliyyətinə,habelə digər ictimai-siyasi hadisələrə həsr edilmiş sərgi, foto-stend və güşələrin tərtibində əməkdaşlarımızla birlikdə oxucularımız da yaxından iştirak edirlər. Aşağı sinif şagirdləri və kiçik yaşlı oxucularla ayrıca iş aparırıq.Bu məqsədlə aparılan tədbirlərin bir qismi onların zövqünə uyğun təşkil olunur.Onlarla keçirilən bədii qiraət saatlarında oxunan hekayə,şer və nağıllar diqqətlə seçilir. Yuxarı sinif şagirdlərinə kitab seçməkdə kömək edərkən onların həm zövqü,həm yaşı, həm də tədris proqramları nəzərə alınır.Keçirilən ədəbi-bədii gecələrdə,disputlarda müzakirə olunan əsərlər və həmin tədbirlərdə iştirak etmək üçün dəvət olunanların yaş xüsusiyyətləri, təhsil və bilik dərəcələri nəzərə alınır.

(Birlik,15 Dekabr 1981-ci il ,№147)