Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016
Uşaqlara kitabxana xidməti Uşaqlarla aparıllan tədris-tərbiyəişində sinifdən kənar mütaliənin rolu əhəmiyyətlidir.Buna görədə uşaqlara kütləvi kitabxana xidmətinin təşkili böyük dövlət işi hesab olunur. Rayonumuzda uşaqlarla aparılan kitabxana işi maarif xəttiilə birsıra da inkişaf edir. Məktəbin kitabxan ailə sıx əlaqəsi məktəblilərin bilik səviyyəsinin artmasını və maraq dairəsinin genişlənməsini müəyyən edir. Buna görədə məktəb təlimi ilə uşaq oxucu arasın da bərabərlik işarəsi qoymaq,uşaq oxucunu ancaq əlavə təhsil kimi başadüşmək olmaz. Uşaqkitabxanası "müstəqil" tərbiyəçi,sinifdən ikən çoxunun təşkilatçısıdır. Tərbiyə vəzifələrinin həll edilməs- ində uşaq kitabxana -sının müstəqil rolu onun məktəbdən təcrid olunması demək deyildir. Çünki,məktəb və kitabxana bir-birinə yaxından təsir edir,ümumi vəzifələrin həlli üzərində birgə işləyirlər. Onların qarşılıqlı təsirinin və birgə işinin yolları,formaları çoxillik təcrübə nəticəsində əldəedilmişdir.Müəllimlər tədris çərçivəsində qapanıb qalmayaraq sinifdənkənar mütaliənin inkişafına mühüm təsir göstərirlər. Kitabxanaçılar məktəb -linin görüş dairəsinin genişləndirilməsi ilə məşul olmaqla, ona tədris materiallarını daha möhkəm surətdə mənimsə -məkdə kömək edirlər.Kitabxana və məktəb məktəblilər arasında kitabı birgə təbliğ edir, onlara müntəzəm oxu və kitabxanadan istifadə etmək vərdişləri aşılayırlar.Bu zaman kitabxanaçı məktəblinin arzusundan xəbərdar olur və buna uyğun surətdə onun sinifdənkənar mütaliəsinə köməklik göstərir.Müəllimlər isə birinci və ikinci sinif şagirddlərinin kitabxanaya yazılmasını təşkil edirlər.Beləliklə,digər mədəniyyət müəssisələrinə nisbətən uşaq kitabxanasının üstünlük xüsusiyyəti bundan ibarətdir ki,o sinifdənkənar oxunu təşkil etməklə və ona rəhbərlik etməklə,ümumi tərbiyə vəzifələrini yerinə yetirir. Uşaq kitabxanası mütaliəyə rəhbərlik prosesində uşaqlarda kitaba maraq doğurur, onu istiqamətləndirir,ideya, elmi və bədii səviyyəsinə görə ən yaxşı kitabları məqsədəuyğun və fəal surətdə tövsiyə edir,oxuya şüurlu münasibət tərbiyə edir. Uşaq kitabxanası böyüməkdə olan nəslin kommunist tərbiyəsi ilə məşğul olan müəssisələr sistemində mühüm sahədir.İndi rayon mərkəzi uşaq kitabxanası 9 min ədəddən yuxarı kitab fonduna malikdir.Burada rus,erməni,gürcü və başqa xalqların dilində nəşr olunmuş uşaq ədəbiyyatı,televizor,radio,maqnitafon vardır. Həmçinin, xeyli adda qəzet və jurnallar alırıq.Bütün bunlardan əlavə biz vaxtaşırı kitab disputları,uşaq şəhər -cikləri, müxtəlif mövzuda söhbətlər,kütləvi surətdə ucadan oxular,radio,televizor vasitəsilə müxtəlif formada tədbirlər həyata keçiririk.Lakin bu işdə nöqsanlar da vardır.3 nəfər işçisi və 9 min ədəd kitab fondu olan kitabxanamız 24 kvadratmetr sahədə yerləşir.Bu da ki, iri həcmli tədbirlərin həyata keçirilməsinə imkan vermir.Buna görə də günün yeniliklərindən xəbər verən tədbirləri həyata keçirə bilmirik.Yaxşı olar ki,əlaqədar təşkilatlar bizə bu sahədə köməklik etsinlər.

(Birlik, 27 Yanvar 1981-ci il№11)