Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016
8 il bundan əvvəlin söhbətidir.O vaxt Mahizər ikinci sinifdə oxuyurdu.İlxıçı kənd orta məktəbinin bədii özfəaliyyət dərnəyinin üzvləri növbəti məşğələyə yığışmışdılar.Mahizər Quliyeva da oraya gəlib dərnək rəhbərinə dedi:-Mən də oxumaq istəyirəm,"Kuklam" mahnısını.Hamının üzündə təəccüb qarışıq sevinc göründü.Onu çalğıçıların yanına dəvətetdilər.Musiqinin müşayiətilə mahnının melodiyaları qanadlandı.Dərnək rəhbəri onun səsini və ifa bacarığını alqışladı.Həmin vaxtdan Mahizər Quliyeva dərnəyin ən fəal üzvlərindən biri oldu. Məktəb yoldaşları və kolxozçular qarşısında tez-tez çıxış etdi. Keçən il Mahizər orta məktəbi bitirib istehsalata gəldi. O,Nizami adına kolxozun pambıq- çılıq təsərrüfatında işləməyə başladı. Bu ilin əvvəlində rayon komsomol komitəsinin "Biz istedadları axtarırıq" devizi altında keçirdiyi festivalda Mahizər Quliyeva münsiflər heyətinin diqqətini cəlb etdi. Onu şəhər mədəniyyət evinə işə qəbul etdilər.Hazırda Mahizər mədəniyət evində öz ifaçılıq bacarığını daha da təkmilləşdirir, vaxtaşırı olaraq şəhər və kənd əməkçiləri qarşısında müvəffəqiyyətlə çıxış edir. Mahizərin repertuarı geniş və rəngarəngdir. .Azərbaycan xalq mahnıları,Ə.Tağıyevin, E.Əliyevin, E.Sabitoğlunun bəslədikləri musiqi nömrələri onun ifasında gözəlsəslənir. O,"Səhər-səhər", "Azərbaycan qızıyam", "Qəşəngdir"mahnılarını özünəməxsus avazla oxuyur.Mahizərin gələcək arzuları çoxdur.O,M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmaq,efirdə,ekranda,genuş zəhmətkeş kütləsi qarşısında müntəzəm çıxış etmək istəyir.Mahnı ilə pərvazlanmaq,öz nəğmələri ilə dinləyicilərə zövq vermək,respublikamızın tanınmış müğənniləri sırasında daxil olmaq üçün Mahizərə uğurlar diləyirik.

(Birlik, 9 May 1981-ci il,№54 )