Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
30 Noyabr , 2016
O, həyata gözlərini Bakıda açıb.Özü deyir ki,hələ lap uşaq yaşlarından o qədər zarafatcıl olub ki,evdə məhəllədə onun adına "şəbədə" sözü də qoşublar.Və deyiblər ki,məzən olsun,ay Hacıbaba,bu gülmək o gülməkdən deyil axı.Özün uşaq olasan,sözün Molla Nəsrəddinin "Bala sən çaldın"ı... Beləcə böyüyüb o və bir gün görüb ki,məktəb səhnəsindədir,müəllimlərini,şagird yoldaşlarını güldürür,adı da dönüb olub "artist"Hacıbaba...Günlərin birində dram dərnəyinin üzvləri məktəbdə "Hacı Qara"da bir səhnəni oynayırdılar.Hacıbaba da Hacı Qara rolunda.Birdən necə oldusa əyninə geydiyi uzun çuxası ayağına dolaşdı.Səndələdi, az qaldı yıxılsın.Bu elə gülməli oldu ki,hamı uğunub getdi.Ancaq qənşər sırada əyləşən bir nəfər diqqətlə gözlərini ona zilləmişdi.Tamaşadan sonra məktəbin direktoru Hacıbabanı yanına çağırıb həmin adamla tanış etdi:-Əjdər müəllim,bizim "artist" bax,bu oğlandı.-Sən demə o,məşhur rejissor Əjdər Sultanov imiş.Və o gündən Hacıbaba sənətin incəliklərini ondan öyrənməli oldu.Günlər keçdi, Hacıbaba məktəbi bitirdi, özünə sənət seçmək haqqında isə heç fikirləşmədi də.Bir də ki,axı nə fikirləşəydi,evdə,məhəllədə,qohum qonşu,dost-tanış,hamı onu"artist" deyə çağırırdı...Səhnədə,televiziya və kino ekranlarında tez-tez gördüyümüz respublikamızın əməkdar artisti Hacıbaba Bağırovu bu gün də hamımız istedadlı gülüş ustası kimi tanıyırıq.Onun yaratdığı bir-birindən maraqlı,rəngarəng, yaddaqalan səhnə obrazları şəhər və kəndləri,evləri dolaşır,ürəklərə min-bir fərəh,dodaqlara bol-bol sevinc bəxş edir.İstedadlı sənətkar bu günlərdə musiqili komediya teatırının bir qrup artisti ilə rayonumuzun qonağı olmuşdur.Rayon mərkəzində verdikləri konsertdən sonra onunla görüşüb qəzetimizin oxucuları üçün müsahibə aldım.

-Hacıbaba müəllim,böyük səhnədə ilk çıxışınızı xatırlaya bilirsinizmi?

-Əlbəttə,xatırlayıram.O gün elə bil dünən olub.19 47-ci ildə Bakıda üç illik teatr studiyasını yenicə bitirmişdim.Əziz müəllimim, respublikanın xalq artisti,mərhum Əjdər Sultanov mənə öz dərnəyində "Şərqin səhəri"əsərində Kapitan obrazını oynamağı tapşırdı.Bu mənim üçün ilk ciddi sınaq idi.Sonradan "Ulduz" bədii filimində Mövsüm rolunda çəkildim...

-Hansı rolu daha çox oynamaq istəyirsiniz?

-Mə

-Ən çox sevdiyiniz gülüş ustası kimdir və bu sahədə kimə bənzəmək istərdiniz?-Mən Azərbaycanın məşhur gülüş ustaları Bəşir Səfəroğlu,Lütvəli Abdullayev,Əliağa Ağayev ilə tərəf müqabil olmuşam,onlardan öyrənmişəm. Bu öz yerində.Arkadi Raykinin isə əsl pərəstişkarıyam.Bir də ki,həyatda hər sənətkarın öz yaradıcılıq yolu olmalıdır.Tapdanmış yol kimə gərəkdir?ncə obrazın böyüyü,kiçiyi yoxdur.Mənə görə gülüş aktyorunun məharəti tamaşaçıları güldürə-güldürə ciddi düçündürə bilməsindədir.

-Gənc aktyorlardan ən çox kimlərin gələcəyinə ümid bəsləyirsiniz?

-Arif Quliyevin.Arifdə ifa etdiyi rolların böyüklüyündən,kiçikliyindən asılı olmayaraq obrazın daxili aləminə nüfuz etmək məharəti güclüdür.

-Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

-Boş vaxtlarım olur ki...

-Qarşıdakı planlarınız barədə nə deyə bilərsiniz?

-Hazırda musiqili komediya teatrında iki obraz üzərində işləyirəm.Biri C. Cabbarlının "Almas"pyesində Şərif,o biri isə C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində Xudayar bəydir.Bu il kinoya da dəvət olunmuşam."Azərbaycanfilm" kinostudiyasının çəkəcəyi "Məlikməmməd" filmində Div rolunda çəkiləcəyəm.-Ağsulu pərəstişkarlarınıza nə arzu edərdiniz?-Şəhərinizə gəlişim mənə xoşdur.Rayonunuzun zəhmətkeşləri həm əməksevər,həm də musiqi,incəsənət həvəskarıdır.Mən Ağsudan,onun mehriban adamlarından bol-bol sevinc aparıram.Sağlıq olsun,sizinlə gülə-gülə,yeni görüşlərədək!

-Biz dəsizəuzunömürarzulayırıq,istəyirikki,həmişə mavi ekrandan,teatr səhnələrindən duzlu-yumorunuzu eşidək.

(Birlik, 8 Avqust 1981-ci il,№93)