Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016
Bu günlərdə Ağsuda məhsul bayramı keçirilərkən başqa qonaqlarla birlikdə sevimli şairimiz Xəlil Rza da iştirak etmişdir.Əməkdaşımız C. Mürşüd şairlə görüşmüş və ondan müsahibə almıışdır. Aşağıda həmin müsahibəni dərc edirik:

-Xəlil müəllim, uşaqlığınızı və ilk ədəbi yaradıcılığınızı nücə xatırlayırsınız?

-Mən 1933-cü ildə Salyan rayonunun Pirəpbə kəndində dünyaya göz açmışam.Hələ orta məktəbdə oxuyarkən poeziyanı sevmiş,özüm də lirik şerlər yazmağa başlamışam.”Kitab” adlı ilk şerim 1947-ci ildə “Azərbaycan pioneri”qəzetində dərc edilmişdir.

“Bahar gəlir” adlı ilk şerlər kitabım isə 1959-cu ildə “Azərnəşir” tərəfindən nəşr edilmişdir.

-Yaradıcılığınız barədə öz fikrinizi oxucularla necə bölüşərdiniz?-Ümumiyyətlə,müəllif öz əsərləri barədə geniş auditoriya qarşısında çox söz deyə bilməz.Qısaca olaraq bildirməliyəm ki, Azərbaycan və rus dillərində indiyə kimi 15 kitabım çap olunmuşdur. Mən bu kitablarımda sosialist Vətənimizi, sovet xalqının mənəviyyatını tərənnüm etməyə çalışmışam. “Krasnadon qartalları” poemam ölkəmizin qəhrəman övladlarına həsr edilmişdir. Milli qəhrəmanımız Babək haqqında da bir poema yazmışam.Həmin əsərdə Babəkin heykəlini sözlə ucaltmaq istəmişəm. Bundan başqa, “Taparam səni” adlı son kitabımda bir sıra yeni şer və poemalarım toplanmışdır.-Dünya şairlərindən kimi özünüzə ustad hesab edirsiniz?

-Hər dövrün və hər xalqın özünün görkəmli şairəri olmuş və vardırOnların arasında müasir şairimiz Şəhriyarın adını birinci qeyd etmək istəyirəm.

Məşhur şair şerlərinin birində belə yazmışdır:

İnsanlar şersiz yaşaya bilməz,

Şeri sevməyənə insan deyilməz.

-Ən gözəl şerimi hələ bundan sonra yazacağam .Az-çox nə yazmışamsa, ancaq onları yaradıcılıq axtarışları hesab edirəm.-Gələcək yaradıcılıq planlarınız barədə nə deyə bilərsiniz?-1982-ci ildə “Gənclik” nəşriyyatı “Ömürdən uzun gecələr” adlı şerlər və poemalar kitabımı çap etməyi planlaşdırmışdır.Bundan əlavə dünya şairlərindən 300 nəfərini əhatə edən 2 cildlik tərcümə kitabları nəşr etdirmək fikrindəyəm.Bu kitablarda Firdövsidən, Hafizdən, A.S.Puşkindən, A.Blokdan, Ş.Petevidən başlamış,dünyanın ən görkəmli şairlərinin əsərlərindən nümunələr toplanacaqdır.Həmin cildlər 1982-1983-cü illərdə “Yüz bağdan bir güldəstə” adı altında oxuculara təqdim ediləcəkdir.a ən çox könlünüzcə olanı hansıdır?

-Yeri gəlmişkən qeyd edim ki,siz tərcümə ilə də müntəzəm məşğul olursunuz. Oxucuları maraqlandırır ki, siz hansı dillərdən birbaşa tərcümə edirsiniz?

-Ümumiyyətlə,mən sətri tərcüməni sevmirəm.Belə tərcümə əsərlərində nə isə itirilir. Mən orijinaldan tərcüməni daha çox xoşlayıram.Buna görə də SSRİ xalqlarının bir sıra dillərini və farscanı öyrəmişəm.Rus,özbək, qırğız, qazax,türkmən,tatar dillərindən çoxlu əsəri Azərbaycancaya çevirmişləm.Türk dilinin isə ancaq əlifbasını dəyişirəm.

-Ağsu haqqında yazıçı təəssüratınız necədir?-Rayonunuzun geniş üzüm bağları,yaşıl zəmiləri məni heyran edir.Burada özümə çoxlu dost-tanış tapmışam.Öz təəssüratımı “Ağsu dəftərləri” adı altında çap etdirmək fikrindəyəm.

-Yeri gəlmişkən qeyd edək ki,siz mahnı mətini də yazırsınız.Şerlə musiqinin vəhdəti sizə necə təsir bağışlayır?

-Şerlə musiqi ekiz yaranmışdır.Gözəl sözləri və musiqisi olan mahnılarımız az deyildir.Mən də bir neçə mahnı mətni yazmışam.Sözlərini qələmə aldığım “Ağsu” mahnısı artıq dillər əzbəridir.Bu günlərdə isə həmyerliniz ,üzümçülük briqadiri Zenfira Zeynalova haqqında mahnı mətni yazmış və sevimli bəstəkarımız Şəfiqə Axundova ona musiqi bəstələmişdir.

-Ağsudan ayrılmaq ərəfəsində oxuculara nə arzulamaq istərdiniz?

-Hər şeydən əvvəl,cansağlığı və iş avandlığı.Bir də əmək və yaradıcılıq uğurları.

(Birlik,24 Dekabr 1981-ci il,№151)