Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016
Rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivi şəhərdə konsert verirdi. Aparıcı növbəti nömrəni elan etdi.

-Aşıq mahnısı,oxuyur milis baş serjantı, aşıq Nurməmməd Nuriyev.O, səhnəyə çıxıb telli sazını dilləndirdi.Sazın qəlb oxşaya sədaları altında Oktyabra həsr etdiyi qoşmanı məharətlə oxudu.Hər yerdən ona "əhsən" dedilər.Ağsu rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin üzvü,baş serjant Nurməmməd Nuriyev milis sistemində işləməklə yanaşı,həm də istedadlı aşıqdır."Kərəmi", "Şikəstə", "Ordubadi" və sair havaları məharətlə çalıb oxuyur."Novruz və Qəndab","Şah İsmayıl","Əsli və Kərəm", "Tahir və Zöhrə" və başqa xalq dastanlarını yaxşı bilir.1975-1977-ci illərdə zəhmətkeşlərin birinci Ümumittifaq bədii özfəaliyyət yaradıcılığı festivalında N.Nuriyev müvəffəqiyyətlə çıxış etmiş və həmin festivalın laureatı adını almışdır.Milis işçisi,aşıq N.Nuriyev həm də qoşmalar, şerlər yazır.Aşağıda onun milis işçilərinə həsr etdiyi bir qoşmasını dərc edirik:



Milisim

Azad Vətənimdə, azad elimdə,

Narahat bir ömür yaşar ,milisim

Xalqına bir ziyan dəyməsin deyə,

Keçilməz sədlərdən aşar milisim.



Yuxusuz keçsə də gecəsi, günü,

Qoruyar xalqının xoşbəxt ömrünü.

Gördükcə hər yanda toyu-düyünü,

Sevincdən,fərəhdən coşar milisim.



O mətin dayanar, olsa da harda,

Sevimli postunda doğma diyarda.

Nurməmməd saz çalıb toyda- mağarda,

Adına nəğmələr qoşar,milisim.

(Birlik, 10 Dekabr 1981-ci il, №145)