Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016
Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini keçən il bitirib.Birinci ildir ki, Ağsu şəhər mədəniyyət evində rəssam işləyir.O, kolxoz və sovxozlardan,idarə və müəssisələrdən aldığı sifarişləri həmişə vaxtında və yüksək zövqlə yerinə yetirməyə çalışır.Eyzam eyni zamanda şəxsi yaradıcılığını da həvəslə davam etdirir.100-dən çox yağlı boya ilə işlənmiş,qrafika üsulu ilə çəkilmiş illüstrasiyaları,eskizləri və karikaturaları vardır.Onun əl işləri bu yaxınlarda rayon mədəniyyət evində nümayiş etdiriləcəkdir.Gənc rəssam E.Şıxəliyevinxalq mahnıları mövzusunda çəkdiyi rəsmlər xüsusil baxımlıdır.O,bu rəsmlərdə poetik fikri fırça vastəsilə əks etdirmişdir.Onun karikaturalarında da liriklik özünü büruzə verir.Aşağıda gənc rəssamın bir rəsimini verir və ona yaradıcılığda daha böyük uğurlar arzulayıriq.

(Birlik, 9 Aprel 1981-ci il,№42)