Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016
Kommunizim quruculuğu ,marksizim-leninizim dünyagörüşünə, elmi biliklərə, kommunist əxlaqına yiyələnmiş, fiziki və əqli qabiliyətləri inkişaf etmiş adamlar tələb edir. Bu prinsplərin həyata kecirilməsi işində mütaliə mühüm rol oynayır.Mütaliəni məktəbə bənzədilər. Hər bir məktəbin öz dərəcəsi, öz sinifləri olduğu kimi, kitab mütaliəsinin də dərəçəsi ,sinifləri vardır. Uşaqlar ücün, gənclər ücün, yaşlılar ücün, müxtəlif ixtisas sahibləri ücün nəşr edilən kitablar bunu subut edir.Oxucular kitabxanaya gələrkən əvvəlcə hansı kitabı oxumaq barədə fikirləşir, bu və ya digər kitabı götürüb vərəqləyirlər. Axırda birini secib aparırlar. Gərək kitabxanacı bu zaman oxucu marağına istiqamət verə, onun zehninin təfəkkürünün inkişafına təkan verən kitabların oxunmasına şərait yarada.Məlumdur ki, mütaliə yalnız şəxsi iş deyil, həm də ictimai borcdur. Ona görə də ilk növbədə ictimai- siyasi kitabların, vətənpərvərlik, beynəlmiləcilk, əməyə məhəbbət, əxlaq-etika məsələlərindən bəhs edən populyar əsərlərin oxunması tövsiyə edilməlidi. Axı kominizim quruculuğunu böyük vəzifələrini müvəffəqiyyətlə yerinə yetirilməsi məhz bu amillərdən aslıdır.Oxucuların böyük bir qismi bədii ədəbiyyata daha cox meyl göstərir. Burada diqqətli olmaq lazımdır. Azərbaycan, rus xalqlarının və başqa qardaş xalqların, həmcinin dünya xalqlarının secilmiş ədəbiyyatlarını oxumaq ön plana cəkilməlidir. Son vaxtlar “Dünya uşaq ədəbiyyatı kitabxanasının“ 50 cildliyi, “ Azərbaycan klasik ədəbiyyatı kitabxanasının” 20 cidliyi cap edilir. Həmin əsərlərin oxunuşu hamı ücün vacibdir. Belə əsərləri diqqətlə oxumaq, burada irəli sürülən qayələrə dərindən yiyələnmək oxucunun diqqət mərkəzində olmalıdır.Müxtəlif enisklopediyaları, almanaxları nəzərdən kecirmək, elmi-kütləvi kitabcalarla tanış olmaq, mütaliə mədəniyyətini yüksəldir. Mütaliə müəyyən məqsədə yönəldilməlidir.Bilik xəzinəsindən tam istifadə etmək ücün mütaliə mədəniyyətinə yiyələnmək lazımdır. Bnuna görə də oxucular görkəmli alimlərin, filosofların, yazıcıların mütaliə haqqında deyilmiş kəlamlarını mənimsəməli və onlardan yeri gəldikcə istifadə etməlidirlər. Kitab həyatı dərk etməyin, insan tərbiyəsinin qüdrətli mənbəyi, tarixi kecmişi öyrənməyin, muasir dövrü anlamağın, gələçəyi qabaqcadan görməyin başlıca vastəsidir Ona görə də mütaliəni ömrün sonunadək davam etdirmək lazımdır.

(Birlik,17 Dekabr 1983-cü il,№147)