Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016
Bu günlərdə rayon komsomol komitəsi ilə kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqının rayon komitəsi “İstedadlar axtarırıq”devizi altında rayon festivalı keçirmişlər. Müxbirimiz festivalın münsiflər heyətinin sədri rayon komsomol komitəsinin ikinci katibi B.İsmayılova yoldaşla görüşüb festivalın yekunları barədəmüsahibə almışdır:

Festivalı keçirməkdə məqsəd rayonmuzun istedadlı gənclərini üzə çıxarmaqla bərabər respublika festivalında iştirak etmək ücün layiqli namizəd seçmək idi.Qaliblər ücün iki qrupda-kollektiv və tək ifaçılar üzrə hər biri üç yüksək yer üçün mükafatlar almışdı.Bundan başqa, rayon komsomol komitəsinin və həmkarlar ittifaqının 20 fəxri fərmanı da festivalda uğurla çıxış edənlərə təqdim olundu. Birinci qruda münsiflər heyəti yekdilliklə birinci yerin mükafatını rayon avtomobil dəstəsində yaradılmış”Sürücü”ansanblina verdi.Ansanbl ən yüksək mükafatla bərabər, həm də respublika festivalında çıxış etmək üçün vəsiqə aldı.Onu da qeyd edək ki,ansanbl cəmi iki aydır ki, yaradılıb. Onun ilk çıxışı rayon festivalında oldu və ilk çıxışıyla da “Sürücü “ musiqisevərlərin diqqətini cəlb etdi. Ansanblın üzvləri gənc fəhlələr, sürücülərdir. Məlahətli səsə, səhnə mədəniyyəti- nə malik olan Vaqif Mütəllimzadənin, Qaroğlan Həsənovun ifa etdikləri xalq mahnıları və təsniflər xalq mahnıları və təsniflər ansanbla,onun ifaçılaına ümid qazandırır.Biz inanırıq ki, “Sürücü”ansanblı qarşıdakı böyük sınaqdan, respublika festivalından da uğurla qayıdacaqdır.Kollektivlər arasında festivalın ikinci yer üçün ayrılmış mükafatı isə 118 nömrəli kənd texniki peşə məktəbinin ansanblı və xor kollektivi aldı. Xor kollektivinin ifa etdiyi “Bahar suitasiyasından mahnı”, ”Sülh” mahnıları münsiflər heyəti tərəfindən əla qiymətləndirildi və rayon komsomol komitəsinin və həmkarlar ittifaqının Fəxri Fərmanları ilə təltif olundu.Üçüncü pillənin sahibi isə Ərəmmehdibəy kənd orta məktəbinin “Qızılgül”ansanblı oldu.Ansanblın üzvlərindən Mehman İbrahimovun,Qızılgül Əkbərovanın, Şərafəddin Hacalıyevin ifa etdikləri “Apardı sellər saranı”, “Qəşəngdir”,“Qızqayıt”mahnıları da münsiflər heyətini razı saldı.Padar kənd orta məktəbinin şagirdi Xeryansa Məmmədova tək ifaçılar arasında festivalın qalibi oldu.Onun məlahətli səslə oxuduğu “Anacan”və “Solmaz”mahnılarına festivalın birinci yer üçün ayrılmış mükafatı təqdim olundu.Məktəbin rəqs qrupu isə “Fincan Fincan”yaxşı ifa etdiyinə görə rayon komsomol komitəsinin fəxri fərmanına layiq görüldü.Bu mərhələdə ikinci pillənin mükafatı “Səhər- səhər” mahnısını yaxşı ifa efdiyinə görə İlxıcı kənd orta məktəbinin şagirdi Mahizər Quliyevaya nəsib oldu.Həmin məktəbin şagirdi Tünzalə Həsənova “ Arzum budur”mahnısın ifasına görə rayon həmkarlar ittifaqının fəxri fərmanını aldı.Üçüncü yerin mükafatçısı isə Kəndoba kənd sakini Mirfazil Həsənovun çıxışı da münsiflər heyətini razı saldı.Onun ustalıqla nümayiş etdirdiyi “Sirk nömrələri”fetivalın həvəsləndirici mükafatını almağla bərbər, rayon komsomol kamitəsinin həmkarlar ittifaqının Fəxri fərmanlarına layiq görüldü. Bir neçə kəlmə də festivalın nöqsanları haqqında .Ən əvvəl onu qeyd edək ki, festival rayonun bütün istedadlı gənclərini əhatə etmirdi.Çox təəssüflər ki, Qaraqoyunlu,Rəhimli, Qəşəd, Ərəbuşağı kənd,1və2 nömrəli şəhər orta məktəbləri festivala hansı səbəbdənsə öz nümayəndələrini göndərməmişdilər.Rayonun bir sıra kənd mədəniyyət evinin festivalda iştirak etməməsi rayon mədəniyyət şöbəsinin, kənd mədəniyyət evlərinin rəhbərlərinə öz işlərinə laqeyd yanaşmalarına dəlalət edir.Düzdür, rayon mədəniyyət evinin “Qönçə”ansanblı festivalda iştirak edirdi, ancaq onlar adları iştirakçıların siyahısına düşsün deyə festivala gəlmişdilər.”Qönçə”nin çıxışı münsiflər heyyətinin acı təəssüfünə səbəb oldu.Ansanblın çox aşağı səviyyədə çıxışı bir yana,tək ifaçıların iştirakı siyahısında isə yalnız bir nəfərin, azyaşlı məktəbli Yeganə Bəndəliyevanın adı var idi ki, onun da pis və ya yaxşı çıxışı ansanbla haqq qazandira bilməz.Görəsən, öz doğma işi, istedadlı peşəkar ifaçıları öz ətrafında birləşdirməli olan rayon mədəniyyət evi və eləcə də kənd mədəniyyət evləri belə xidmətlə hansı mədəni- kütləvi tədbirləri həyata keçirə bilərlər?Yəqin ki,bu suala rayon mədəniyyət şöbəsinin rəhbərləri də çox çətinliklə cavab verə bilərlər. Festivalın yekunları göstərdi ki, rayonun kolxoz və sovxozlarında, idarə və müəssisələrində, mədəni-maarif ocaqlarında istedadlı gənclərin üzə çıxarılmasında ciddi nöqsanlar hökm sürür.Aidi təşkilatlar festivalda qeyd edilən nöqsanlardan ciddi nəticə çıxarmalıdırlar.

(Birlik,19Aprel1980-ci il,№48)