Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016

Azərittifaqın 3 nömrəli tikinti-quraşdırma idarəsi şəhərimizin sağ 00sahilində (Vidadi küçəsinin başlanğıcında) 400 kvadratmetr sahədə yeni kitab evinin inşasına başlamışdır. 68,5min manatlıq smeta dəyərində olan bu bina dəmir- beton dirəklər üzərində tikiləcəkdir. Kitab evinin müasir arxitekturanın tələblərinə cavab verən 150 kvadratmetirlik satıcı yeri olacaq, həyətində hər birinin 50 kubmetr su tutumu olan iki çarhovuz tikiləcək,yaşıllıq salınacaq və ətrafı asfaltlaşdırılacaqdır.İnşaatçılar binası bu ilin axirinadək  istifadəyə verməyi qərara almışlar.

(Birlik,01Aprel 1980-ci il,№40)