Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016
Faşist tankları sərhərdələri adlayır, qarşısına çıxan nə varsa əzib məhv edirdi. Quduzlar aramsız olaraq torpaqımızı bombalayır, pulemyotlar ara vermədən gurlayır, partayış- lardan qalxan alov və tüstü ərşə bülənd olurdu. Partlayış səsi, insan naləsi,vahiməli dəqiqələr.Bu, həmyerlimiz Məhərrəm Quliyevin ilk döyüş günü idi. O,qorxu bilmədən tankı irəllədir və düşmənə atəş açırdı.

Birdən qvardiya mayoru Pavel Nizovskinin əmri eşidildi:

-Qvardiya baş serjantı Quliyev,sol cinahdan düşmən hücumunun qarşısını alın!

-Oldu, yoldaş qvardiya mayoru!-deyə M.Quliyev komandir oluduğu tankı sola döndərməyi əmr etdi. Özü gözlükdən irəliyə baxarkən yüzlərlə faşist əsgərinin hücuma keçdiyini gördü. Bir an da dayanmaq olmazdı. Məhərrəmgil tankdan atəş dalınca atəş açdılar. Onların hücumu əsgərlərimizi də ruhlandırdı. Şiddətli keçən bu vuruşmada təqribən 50-60 düşmən məhv edildi.Bu igiliyə görə baş sejant M.Quliyevə komandallıq təşəkkür elan etdi.1941-ci ilin noyabr ayı Moskva ətrafında qızğın vuruşma gedirdi. Qvardiya baş sejantı M.Quliyevin komandir olduğu tankın heyəti də bu vuruşmada iştirak edirdi. Günortaya yaxın döyüş daha da şiddətləndi.M.Quliyev və onun əsgərləri düşmən tanklarını bir-bir sıradan çıxardı. Həmun döyüşdə mərdlik göstərdiyi üçün ona “İgidliyə görə”medalı təqdim edildi. Döyüşlərin ara verən dəqiqələrində Məhərrəm evlərinə məktub yazaraq anası Badam xalaya bildirdi: ”Gözün aydın düşmənlərə bir zərbə də vurduq, onları Moskovaya daxil olmağa imkan vermədik”.Bir neçə gündən sonra həmin məktub Ağsu şəhərində Quliyevlər ailəsinə çatmışdı.Ana oğlunun igidliyi ilə fəxr edir, onun hünərindən ağız dolusu danışırdı.Qvardiya sejantı M.Quliyevin Stalinqrad vuruşmasında göstərdiyi mərdlik ikinci dəfə “İgidliyə görə” medalı ilə təltif edildi. Onun idarə etdiyi tank Macarıstanın Budapeşt şəhərinə gedib çatdı. Mayın 9-da əsgərlərimiz qələbə bayrağını Reyxstaqa taxanda kamandir yenidən əmr etdi:

-Baş qvardiya serjantı, alınan xəbərə görə yaxınlıqdakı zirzəmidə bir neçə faşist qulduru gizlənmişdir.Bu son qalıqları da məhv etməyi sizə əmr edirəm! Bu son döyüşdən də M.Quliyev və onun tank heyəti qələbə ilə çıxdılar.Həmin igidliyə görə M.Quliyevə “Macarıstanın azadlığı uğrunda”medalı və “İkinci dərəcəli vətən müharibəsi”ordeni verildi. Hazırda M.Quliyev RMXŞ-da əmək fəaliyyətini davam etdirir. O, 10 uşaq atsıdır.Böyük oğlu Tapdıq atasının yolun davam etdirir,xəzər dənizində gəmi kapitanıdır. Həmyerlimiz böyük vətən müharibəsi iştirakçısı M.Quliyev ötən amansız vuruşmaları hərdən xatırlayıb deyir:

-Qoy bir də yer üzündə müharibə olmasın, övladlarımız firavan həyat sürsünlər.

(Birlik,21İyun1980-ci il,№73)