Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016

Məlum olduğu kimi rayonumuzun bir qrup sağıcısı rayonun bütün sağıcılarına müraciət edərək onları V.İ.Leninin anadan  olmasının 110-cu ildönümünü və respublikamızda  Sovet hakimiyyəti yaradılmasının 60 illik yubleyini qeyd edəcəyimiz 1980-ci ildə hər inəkdən 2.000-2.500 kiloqram  süd  sağmağa çağırmışdılar. Həmin müraciəti  imzalayan mayaklardan  biri  də “Moskva” kolxozunun adlı-sanlı sağıcısı Almaxanım  İskəndərovadır. İndi bu  işgüzar qızın çalışdığı fermada ardıcıllarının sayı getdik- cə  artmaqdadır. Aşağıda sözü Almaxanım İskəndərovanın ardıcıllarına veririk  Fəridə İbadova:

-Fermaya gəldiyim 10 ilə yaxındır.Lakin bu müddət ərzində peşəm sahəsində zəngin təcrübə qazanmışam.

  Almaxanım bacı ilə bir kollektivdə çalışırıq.Onun işgüzarlığı peşəsinə olan həvəsi hər birimizin qəlbində dərin iz buraxir.Çalışırıq ki, onun kimi işləyək,heç bir çətinlikdən qorxmayaq. Keçən il qabaqcıl sağıcı Almaxanım İskəndərovanın şərəfinə kolxozumuzda təntənəli surətdə əmək şöhrəti bayrağı qaldırıldı.Kolxoz idarə heyəti və partiya təşkilatıhər inəkdən 1.800 kiloqram süd sağan Almaxanım İskəndərovaya mükafat olaraq “Kaspi”markalı soyuducu təqdim etdilər. Ölkəmizdə əmək-şöhrət işinə çevrilmişdir.Bax, zəhməti belə qiymətləndirilməsi bizim hər birimizin sevincinə səbəb olmuşdur. Bu il hər inəkdən 2.500 kiloqram süd sağmağa söz vermişəm.Budur, ilin 4 ay 17 gün keçir.Hamı üçün sevindirici keçən bu kvartal mənim üçün də uğurlu olub.Öhdəmdə olan inəklərin hər birindən 900 kiloqramdan  çox süd sağmışam. Mən söz verirəm ki, Almaxanimin ardıcılı kimi var qüvvə ilə işləyəcək götürdüyüm çətin və şərəfli öhdəliyi vaxtından xeyli tez yerinə yetirəcəyəm.

    Qizlarbəyim Hüseynova:

  -Doğrusu, sevincimiz hədsizdir.İndi fermamızın mayakı sayılan sağıcı rəfiqəmiz  Almaxanım İskəndərovanın adı nəinki kolxozumuzda, habelə rayonumuzda belə hörmətlə çəkilir.O, bu hörməti öz alın təri halal zəhməti ilə qazanmışdır.Bu ilin əvvəllərində rayonmuzdakı  “Dostluq” kinoteatırının binasında keçirilən sağıcıların rayon müşavirəsində Almaxanımın çıxışını yaxşı xatırlayıram.Onun hər bir yerli cins inəkdən 2.500 kiloqram süd sağmağa söz verməsi, doğrusu, mənə bir cür göründü.Lakin sonradan onun gecəli-gündüzlü necə işləməsini görüb hiss etdim ki, o verdiyi vəd uğrunda inadla mebarizə aparır.Götürdüyü öhdəlik realdır. Sağıcılar nahar fasiləsində “Qırmızı guşəyə”toplaşanda hamıya müraciətlə dedim:”Mən də hər inəkdən 2.200 kiloqram süd sağacam”.İndi həmin vaxtdan xeyli keçir.Lakin nəzərdə tutduğum gündəlik tapşırığı yerinə yetirməyincə ürəyim sakitlik tapmır.Mən birinci kvartalın tapşırıqlarını artıqlaması ilə ödəmişəm.Öhdəmdə olan inəklərin hər birindən 600 kiloqram süd sağmışam.Vəd uğrunda isə mübarizəni davam etdirmişəm.

     

 Məryəm Həmidova:

    Fermamızdakı bütün sağıcı rəfiqələrim kimi mən də Almxanımın ardıcılı olmağmızla fəxr edirəm.Çünki bol süd istehsal etməyin sirlərini biz onun iş təcrübəsindən öyrənmişik desəm səhv etmərəm.Onun öz peşəsinə bağlılığının, inəkləri yüksək zootexniki qaydalar əsasında bəsləməsinin şahidi olanda bz də bu igid rəfiqəmizdən geri qalmamağa çalışırıq.

   Onun hər inəkdən 2.500 kiloqram süd sağmaq barədəki vədi işimizə yeni istiqamət vermişdir.İndi fermamızda Almaxanımın ardıcıllarının sayı getd

    Sağıcı rəfiqəmin çağırışına cavab olaraq hər inəkdən 2.000 kiloqram süd sağmağa söz vermişəm.İşin gedişi göstərir ki, sözümü işimlə doğruldacağam.Çünki fermamızda bunun üçün hər cür imkan və şərait vardır.Hər bir inəyi gündə zootexnikin tərtib etdiyi cədvəl əsasında yemləyir, tövlələrin təmiz olmasına ciddi fikir veririk.Budur, çəkdiyimiz zəhmət öz nəticəsini vermişdir.Hər inəkdən ötən üç ay ərzində 575 kiloqram süd sağmışam.Baharın gəlişi ilə əlaqədar olaraq hər inəkdən sağılan südün miqdarı getdikcə artır.Biz indinin özündə də inəkləri tövlə şəraitində bəsləyir, hər bir heyvana kifayət qədər yem veririk.ikcə artır.

   Sərilə İbadova:

   -Şirvanda bahardır.Çətin günlər demək olar ki arxada qalmış, çöllər yaşıl örpəyə bürünmüşdür.Bu günlər kolxozumuzun heyvandarlarının da sevinci hədsizdir.Onlar böyük rəhbərimiz və müəlliməmiz V.İ.Leninin anadan olmasının 110-cu  ildönümü, Azərbaycanda Sovet hakimiyyəti qurulması və Kommunist Partiyası yaradılmasının 60 illik yubleylərindən ruhlanaraq dövlətə ət, süd və yumurta satışına dair tapşırıqları vaxtından xeyli əvvəl yerinə yetirmişlər.Süd istehsalı keçən ilin müvafiq dövründəkinə nisbətən xeyli artmışdır.Bu qələbənin qazanılmasında heç şübhəsiz,  Almaxanımın və onun ardıcılları olan biz sağıcıların böyük əməyi olmuşdur.

 Elza Həmidova:

  -Sov.İKP MK noyabr (1979-cu il) plenumnun qərarlarında, plenumda Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Soveti Rəyasət heyətinin sədri L.İ.Brejnev yoldaşın dərin məzmunlu məruzəsində ölkədə heyvandarlığın inkişafına və onun məhsuldarlığının yüksəlməsində ciddi diqqət yetirilmişdir.Biz bu məsələnin əhəmiyyətini yüksək qiymətləndirir, işimizi plenumun tələbləri səviyyəsində qurmağa çalışırıq.

  -Kolxozumuzda təsərrüfatın ən gəlirli sahəsi olan heyvandarlığın inkişafına ciddi fikir verilir.Hər il bol yem toplanılır sağıcılar arasında sosializm yarışının düzgün təşkilinə ciddi diqqət yetirilir.İndi süd-əmtəə fermasında qabqacıl heyvandarlarının sayı getdikcə artır.Bu il hər inəkdən 2.300 kiloqram süd sağmağa söz vermişəm.Vəd uğrunda ciddi mübarizə aparıram.Bu ilin dörd ayında öhdəmdə olan inəklərin hər birindən 700 kiloqrama yaxın süd sağmışam.Süd istehsalı isə getdikcə artır.Yaxşı deiblər ki, inəyin südü ağzında olur.Odur ki, hər il olduğu kimi,bu il də bol yem toplamaq bütün əməkçilərin daim diqqət mərkəzində olmalıdı. Hazırda kolxozumuzda ot biçininə hərtərəfli hazırlıq görülmüşdür.Otbiçən aqreqatlar və dırmıxlar təmir edilib saz hala gətirilmişdr. Biz bundan sonra da həvəslə işləyəcək, kollektivimizin fəxri olan Almaxanım İskəndərovanın iş təcrübəsini həvəslə öyrənəcəyik.

  (Birlik,17 May 1980-ci il ,№58)