Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016
Dolayların gümüşü.

Duman qaçır gün düşür.

Şən qızların gülüşü

Yayılıb düzə, Ağsu



Ətəyində dağların,

Nə gözəldir bağların.

Qovun, qarpız tağların,

Çıxıbdır üzə, Ağsu



Bağlarında heyva, nar,

Salxım-salxım üzüm var.

Narçı qıza sözüm var,

Gəlməsin gözə,Ağsu

Kaş görəydi bu halı.

Şair babam Zülali

Yoxdu qəmi,məlalı,

Təzədən-təzə,Ağsu



Gülür çəmən,gülür çöl,

Sevincini burda böl.

Nurlu Kür,Cavanşirgöl,

Can verib düzə,Ağsu.

( Birlik,17 Mart 1979-cu il,№32)