Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016
Sürücü,maşını asta sür görək,

Axı,dolayları enirik indi.

Burda ehtiyatlı olasan gərək,

Bu yollar burulan,tez-tez dönəndir,

Yaman şıltaq olur qışda dolaylar,

Tanımaz kimsəni-yaxındır,yaddır.

Ağsudan uzanan dolaylar ki,var,

Dağların başında sanki qanaddır.

Yollara dayaqdır yalçın qayalar,

Dağları seyrə gəl,baharda-yazda.

Qışa çiçək saxlar,yaya qar qalar,

Başqa cür görünər bura payızda.

Dağların başına yüksələ bilsən,

Eləyər hər zaman bəxtəvər səni.

( Birlik,19 May 1979-cu il,№58 )