Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
2 Dekabr , 2016
H.Aslanov adına sovxozun əməkçiləri partiya- mızın Mərkəzi Komitəsinin XXVI qurultayı şərəfinə sosializm yarışını daha da genişləndir -mək haqqında qərarına cavab olaraq 450 hektar sahədən 1,360 ton əvəzinə 2 min ton üzüm satmagı öhdələrinə almışlar.Qabaqcıl birqadir Əlsəf Nuriyevin briqada üzvləri isə 300 ton uğrunda mübarizəyə qoşulmuşlar.Briqadada qabaqcıllar çoxdur.Onlardan biri də Qəbilə Piralıyevadır. Gənc üzümçü öz bacarığı ilə nəinki çalışdığı kollektivdə, habelə sovxozda hamının hörmətini qazanmışdır.Sov.İKP XXVI və Azərbaycan KP XXX qurultayları şərəfinə sosializm yarışına qoşulan Q.Piralıyeva bu il təkbaşına 10 ton üzüm yığmağa söz vermişdir.

(Birlik,12 Avqust 1980-ci il,№95)