Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
2 Dekabr , 2016
Dövlət rayon mərkəzlərinin mükəmməl baş planlar əsasında tikilməsinə mühüm əhəmiyyət verir.Buna görə də Azərbaycan SS Dövlət Tikinti Komitəsinin sifarişi ilə 1969-cu ildə Respublika Baş Lahiyə İnstutu tərəfindən Ağsu şəhərinin də 2000 ci-il üçün baş planı hazırlanmışdır.Həmin vaxtdan bəri şəhərin bütün dövlət tikintiləri bu plan əsəsında aparılır.Son illər şəhərmizin siması kökündən dəyişmişdir.Onuncu beşillik ərzində şəhərdə 16 mənzilli yaşayiş evlərinin, bir çox fərdi tikintilərin, yeni univermağın, 150 yerlik restoranın, məlumat hesablama stansiyası üçün inzibati binanın,bir çox istehsalat obyektlərinin tikilməsi şəhərin hüdudlarını xeyli genişləndirmişdir.Şəhərin mərkəzi meydançaların- da skverlərin yaşıllıqların salınması, Ağsu çayının sağ və sol sahillərində istirahət parklarının yarad -ılması, “Şirvan”və “Ceyran”bulaqları kimi kiçik arxitektura formalarının inşa edilməsi şəhərə müəyyən gözəllik vermişdir. Bu il şəhərdə yeni 16 mənzilli yaşayış evi şəhərin sağ sahilində yeni kitab mağazası,melioratorlar üçün 12 mənzilli yaşayış evi tikilib istifadəyə veilməsi nəzərdə tutulmuşdur.Girdimançaydan yeni su kəmərinin çəkilməsi artiq başa çatmaq üzrədir.Cari ildə şəhərin küçələrində yeni su kəmərin hissə-hissə quraşdırılıb istifadəyə verilməsi Ağsu şəhər sakinləri üçün ən gözəl hədiyyə olacaqdir. Hazirda Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 60 illiyi ilə əlaqədar Ağsu çayının sağ sahilində yeni park salınması üçün lazimi hazılıq işləri görülür.Dahi rəhbərimiz V.İ.Leninin anadan olmasının 110 illiyi münasibətilə Ağsu şəhərində yeni abidə ucaldılması nəzərdə tutulmuş və bu məqsədlə lahiyə hazırlanmışdır. Şəhərmizin mərkəzi hissəsinin tikinti planlaşdırma işlərini daha da yaxşılaşdırmaq,yeni arxitektura formaları rayon əhəmiyyətli inzibati ictimai və ticarət mərkəzi yaratmaq məqsədilə Respubika Dövlət Baş Lahiyə İnistutu mərkəz üçün də dəqiqləşdirilmiş plan hazırlamışdır.Mərkəzi hissədə yeni binalar inşa etmək üçün indidən hazırlıq görülür.Respublika Dövlət Kənd Tikinti Lahiyə İnstutu tərəfindən 500 yerlik mədəniyyət sarayının tikilməsi üçün lahiyə artiq hazırdır.LakinRrespublika Dövlət Plan Komitəsi və Azərbaycan SSR Mədəniyyət Nazirliyi mədəniyyət sarayının tikilməsinin plana daxil edilməsi məsələsini hələ də konkret həll etməmişlər.Halbuki yeni mədəniyyət sarayının tikilməsi ilə şəhərin mərkəzi meydanında arxitektura-kompozisiya keyfiyyətləri olan ansambıl yaratmaq olar.1981-1985ci-illərdə rayon mərkəzində yeni rabitə evi ,məişət evi, 600 yerlik texniki peşə məktəbi,50 yerlik hamam, 16 mənzilli yaşayış evləri, 150 çarpayılıq xəstəxana və s. tikilməsi nəzərdə tutulmuşdur.Göstərilən obyektlərin bir çoxunun artiq lahiyə-smeta sənədləri hazırlanmış,bəzilərinin isə hazırda lahiyəsi işlənilir.Bir problem məsələni də qeyd etmək lazımdır ki ,Ağsu rayonunda güclü texnikaya malik tikinti təşkilatları yoxdur.Buna görə də plana daxil edilən obyektlər vaxtında istifadəyə verilmir,tikinti müddətləri ilərlə uzadılır,keyfiyyəti aşağı düşür.Yarımçıq obyektlərin sayı artdığından yuxarı təşkilatlar tərəfindən rayona yeni tikintilər çox az planlaşdırılır.Buna görə də Respublika Dövlət Plan Komitəsi müvafiq nazirlik və baş idarələr rayonda olan mövcud tikinti təşkilatlarının nəzərdən keçirməli,onların texniki və istehsal gününü artırılmasına yaxından köməklik göstərməlidirlər.

(Birlik,13 Mart 1980-ci il,№32)