Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
5 Dekabr , 2016

Rayon mədəniyyət şöbəsinin işçiləri  “Moskova” kolxozunda  Ziyadxan  Rzayevin  briqadasında pambıq toplanışında səylə işləyirdilər.“Ağ qızıl” toplanmasında Səadət Əhmədova, Ceyran Haşimova,Məhbubə Əhmədova və Solmaz Mustafayeva hamıya nümunədirlər. Bu hünərvər qızlar hər gün adama 70-80 kiloqram pambıq toplayırlar. Səadət Əhmədova pambıq yığımında xüsusilə fərqlənir. Bu da əbəs deyildir.Axı o, həm də mədəniyyət şöbəsi ilk komsomol təşkilatının katibidir. Bu gənc qız özü təkbaşına hər gün 90-100 kiloqrama  kimi pambıq toplayıb təhvil verir. Səadət mövsümün axırınadək 5 tondan çox pambıq toplamağa söz vermişdir.

 (Birlik,16 Sentyabr 1980-ci il,№110)