Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
5 Dekabr , 2016

Bir neçə gün bundan qabaq Şirvan kanalının üstü ilə Ərəbmehdibəy kəndinə tərəf gedirdim.Təbiət hər tərərfə öz yaşıl atlasını sərmişdi.Çox  gözəl mənzərə idi.Birdən eşitdiyim səs məni dayanıb qulaq asmaqa məcbur etdi.Bu, uzun illər bu yerlərdə səsi eşidilməyən, hətta nəsli kəsilmiş hesab olunan turacın səsi idi.Əvvəl biri,ikisi səsləndi.Sonra bunlara çoxlu səs verənlər də oldu.İndi turac yumurtlayıb, bala çıxaran vaxtidir.Deməli  gələn il saysız -hesabsız tirac olacaq kəndimizdə.Sağ olun, qoruq işçiləri, təbiətin bu incisini hifz edib saxlayıblar.Birdən öz özümə fikirləşirəm ki, aylar keçəcək qış gələcək.Yenə hərənin əlində bir tüfəng ova çıxacaqlar.Qıracaqlar  təbiətin bu ən gözəl quşlarını.Turacın nəslinin kəsilmək qorxusu olduğuna görə hökümətimiz bir çox nadir quşları, eləcə də turacı vurmaqı qəti qadağan etmişdir.Gəlin biz də bu təşəbbüsə qoşulaq.Turacı qoruyaq.Qoy onların gönül oxşayan gözəl səsi daha yaxından eşidilsin.

(Birlik,24 Aprel 1980-ci il,№50)