Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
5 Dekabr , 2016
Aktyor olmaq arzusu hələ orta məktəbdə oxuyarkən onun qəlbində dərin kök salmışdı. Məktəb dram dərnəyinin məşqələlərində baş rollar həmişə İsabalaya həvalə olunardı. Məktəbli aktyorun yaratdığı ilk rollar –“Vaqif”də Vaqif , “Ölülər”də kefli İskəndər,” 1905-ci ildə” pyesində Eyvaz obrazları onun sənət aləmində kövrək addımları idi.Orta məktəbi bitirdikdən sonra o, sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnustutunun aktyorluq fakültəsinə təqdim etdi.Qəbul imtahanlarından müvəffəq qiymətlər alsa da müsabiqədən keçə bilmədi.İlk uğursuzluq onu ruhdan salmadı.İsabala öz üzərində daha inamla daha qətiyyətlə işlədi.İnstitut “Tədris”teatrında səhnə səhnə maşinisti kmi əmək fəaliyyətinə başladı.Səhnədə epizotik rollarda da iştirak etdi.Bir gün teatrın baş rejissoru, SSRİ xalq artisti Adil İskəndərov İsabalanın səhnəyə olan həvəsini sezib “Xanlar”tamaşasında Qalabəyi kimi məsul bir rolu ona etibar etdi.1976-cı il. İsabalanın ömründə unudulmaz iz salan uğurlu il.O tələbə biletini alanda sevincinin həddi-hüdudu yox idi.Axı, çoxdan arzusunda olduğu istəyinə qovuşmuşdu, qəbul imtahanlarını müvəffəqiyyətlə verib incəsənət inustutunun aktyorluq fakültəsinə qəbul olunmuşdu.Tələbəlik illəri.Narahat günlər, yuxusuz gecələr, gərgin məşqlər ...sonra isə ilk uğurlar,ilk sevinclər.C.Rəhmanın “Əliqulu evlənir”komediyasında Əliqulu, N.Vəzirovun “Dağılan tifaq” əsərində.Mirzə Bayram, Qoqolun “Müfəttiş”komediyasında bələdiyyə rəisi...Tələbə- aktyorun instutun “Tədris”teatrında yaratdığı bu ilk uğurlu rollar ona daha geniş tamaşaçı auditoriyasına çıxmaq üçün bir növ zəmin oldu.Onun sorağı “mavi ekran”dan gəldi.Televiziyanın ədəbi dram verlişləri redaksiyasının hazırladığı tamaşalarda “Məktəblilərin rəqs salonu”verlişində radionun “Tələbə teatrı”nda yartdığı yaddaqalan obrazlar onun səsnətdə atdığı ilk addımları daha da möhkəmləndirdi.Artıq tələbəlik həyatı arxada qalmışdır.İ.Məmmədov bir ildir ki, Kirovabad dram teatrında işləyir.Sənətsevərlər bu istedadlı gəncin gələcəyinə böyük ümidlər bəsləyirlər.Bu ümidləri doğrultmaq üçün İsabala öz üzərində səylə çalışır, sənətin enişli-yoxuşlu yollarında mətin addımlayır.Ona bu yolda daha da uğurlar arzulayırıq.

(Birlik,22 Noyabr 1980-ci il,№138.)